-
AÇ-nin qrup turnirinin son oyununda Xorvatiyaya uduzan (1:2) İspaniya 2004-cü il iyunun 20-dən bəri ilk dəfə məğlubiyyətlə üzləşdi. Həmin vaxt Portuqaliyaya uduzan (0:1) ispanlar AÇ-2004-ün pley-offuna adlaya bilməmişdi. Beləliklə, titulun hazırkı sahibləri 4385 gün idi Avropa çempionatında uduzmurdu.
D qrupunda 2-ci yeri tutan ispanlar iyunun 27-də keçiriləcək 1/8 final oyununda artıq E qrupunda 1-ci yeri təmin edən İtaliya ilə qarşılaşacaq.