Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:41

Prezidentlər Sankt-Peterburqda nədə razılığa gəliblər?


Novruz Məmmədov
Novruz Məmmədov

-

Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı qərar qəbul olunub.

ANS TV-nin məlumatına görə, bunu iyunun 20-də Azərbaycan və Ermənistan dövlət başçılarının Rusiya prezidentinin iştirakı ilə keçirilən görüşünü şərh edərkən prezident administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib.

74 min adam Youtube Kanalımıza abunədir və gündəlik video xəbərləri bizdən izləyir. Sən də abunə ol, ölkədə baş verənlərdən xəbərin olsun

N.Məmmədovun bildirməsinə görə, bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verilib. «Yəni, bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər», - deyə administrasiya rəhbərinin müavini bildirib.

İyunun 20-də isə Sankt –Peterburqda Rusiya dövlət başçısı Vladimir Putin-in iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Bu görüşdə atəşkəsin gücləndirilməsi məqsədilə ATƏT müşahidəçilərinin sayının artırılması haqda razılıq əldə edildiyi bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Separatçı Dağlıq Qarabağ və Ermənistan qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında yerləşən daha 7 rayonu işğal ediblər.

Bu müharibədə hər iki tərəfdən ümumilikdə 30 minədək adam ölüb.

Norvuz Məmmədovun açıqlaması haqda nə düşünürsən? Fikrini aşağıda şərhlər bölməsində yaza bilərsən!

Həmçinin bax: AzadlıqRadiosu Youtube Kanalında izləyin:

XS
SM
MD
LG