-
Türkiyə yığmasının baş məşqçisi Fatih Terim yarımmüdafiəçi Emre Mor-un dünya səviyyəli futbolçu olacağını deyib.
UEFA-nın mətbuat xidməti Terimin bu açıqlamasını yayıb:
“Emre Mor unikal futbolçudur. Mən onu milli komandaya dəvət etdim və düşünürəm ki, doğru seçim etdim. Onun dünya səviyyəli oyunçu olacağına inanıram”.
Türkiyənin Çexiyanı 2:0 hesabıyla məğlub etdiyi oyunda Burak Yılmaza məhsuldar ötürmə verən Emre növbəti mövsümü Dortmund “Borussiya”sında keçirəcək.