Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 20:44

Qubernator rüşvətə görə həbs olunub


Nikita Belykh
Nikita Belykh

-

Rusiyada rüşvətə görə qubernator haqqında həbs-qətimkan tədbiri seçilib.

Moskvada Basman məhkəməsi Kirov vilayətinin qubernatoru Nikita Belykh haqqında külli miqdarda rüşvət almaqla bağlı qərar çıxarıb.

Qubernator 2 ay müddətinə həbs olunub.

Məhkəmə müdafiə tərəfinin onun haqqında ev dustaqlığı seçilməsi ilə bağlı vəsatəti qəbul etməyib.

Kremlin sözçüsü Dmitry Peskov prezident Putin-in bu həbslə bağlı məlumatlandırıldığını bildirib.

İttihamda Nikita Belykh-ın vasitəçi yoluyla şəxsən 400 min avro rüşvət aldığı bildirilir.

Qubernator iyunun 24-də Moskva restoranlarının birində həbs edilib.

XS
SM
MD
LG