Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:45

Vahid Azərbaycan partiyası Ağ partiya oldu


Tural Abbaslı həbs olunan zaman. Bakı, 19 Sentyabr, 2011
Tural Abbaslı həbs olunan zaman. Bakı, 19 Sentyabr, 2011

Bu gün Vahid Azərbaycan partiyasının (VAP) qurultayı keçirilib. Qurultayın gündəliyinə 3 məsələ daxil edilib. Bunlar partiyanın adının, nizamnaməsinin dəyişdirilməsi və yeni sədrin seçilməsi olub.

Qurultay partiyanın adını dəyişdirilib. Onun yeni adı Ağ partiya olub.

Daha sonra nizamnaməyə də dəyişiklik edilib.

Tural Abbaslı isə Ağ Partiyanın sədri seçilib. Həmçinin məclis və digər seçkili orqanlar müəyyən edilib.

VAP 1993-cü ildə yaradılıb və dövlət qeydiyyatına alınıb. Partiyanın ilk sədri Karrar Əbilov olub. O, 1993-cü il prezident seçkilərində Heydər Əliyevin rəqibi olub. Karrar Əbilov bu ilin yanvarında vəfat edib.

Tural Abbaslı da Müsavat partiyasının son qurultayında başqanlığa namizədliyini vermişdi. Daha sonra O, bir qrup tərəfdarı ilə Müsavat partiyasından ayrılmışdı.

Tural Abbaslı müxalifətin 2011-ci il aprelin 2-də keçirilən aksiyasında həbs edilmişdi. Həmin ilin sonunda məhkəmənin qərarı ilə 2 il 6 ay həbs cəzası almışdı. Bir il sonra isə prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.

XS
SM
MD
LG