Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:27

“Uelsin AÇ-də qalan yeganə Britaniya komandası olmasından qürur duyuruq”


-

Uels yığmasının müdafiəçisi Chris Gunter komandasının İslandiyanın İngiltərə üzərindəki qələbəsindən (2:1) sonra emosiyalarını çılğınca izhar etdiyinə görə təəssüflənmədiyini bildirib.

Gunter-in fikrincə, İslandiya futbol planında nədəsə Uelsə oxşayır.

The Guardian futbolçunun açıqlamasını dərc edib:

“Heç nəyə təəssüflənmirik. Ola bilsin, kənardan bir qədər artıq hərəkət kimi göründü. Ancaq biz pis bir şey düşünmürdük. Sadəcə, Uelsin AÇ-də qalan yeganə Britaniya komandası olmasından qürur duyuruq. Futbolda emosiyalar yetərincə cəlbedici şəkildə ifadə olunur. İslandiya kimi, bizi də turnir başlamamış hesabdan silirdilər. Bu üzdən onların qələbəsini belə çılğın bayram etməyimiz təbiidir. İslandiya yaxşı oynayan kiçik ölkədir – eynən bizim kimi. Bizim kimi, onlar da çətin seçmə qrupdan final mərhələsinə adlayıb”.

XS
SM
MD
LG