Uels yığmasının baş məşqçisi Chris Coleman İngiltərə yığmasında çalışmaq təklifi alacağı halda imtina edəcəyini deyib.
Xatırladaq ki, ingilislər 1/8 finalda İslandiyaya uduzandan (1:2) dərhal sonra Roy Hodgson baş məşqçi vəzifəsindən istefa verib. Coleman-in rəhbərlik etdiyi Uels isə yarımfinalda Portuqaliya ilə qarşılaşacaq.
BBC Coleman-in aşağıdakı fikirlərini yayıb: «Düşünmürəm ki, bu işi mənə təklif edələr. Ancaq bunun mümkünlüyünü istisna edirəm. Roy işini itirib, odur ki, İngiltərə yeni baş məşqçi axtaracaq. Bu mənim istədiyim iş deyil. Mən başdan-ayağa uelsliyəm və yığmalar səviyyəsində yalnız bu ölkənin komandasını çalışdıracam. Uels yığmasından sonra isə, çox güman, xaricdə işləyəcəm».