Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:48

Fernando Santos pley-offdakı cəzaların əleyhinədir


Fernando Santos
Fernando Santos

Portuqaliya yığmasının baş məşqçisi Fernando Santos pley-off mərhələsində futbolçuların iki sarı vərəqəyə görə oyun buraxmasının əleyhinədir.

Uels yığmasının iki oyunçusunun – Aaron Ramsey ilə Ben Davies-in cəzalı olmasının Portuqaliyanın işinə yarayacağı haqda sualı cavablayan Santos belə deyib:

«Onlar üçün kədərli məqamdır. Qaydaları mən müəyyənləşdirmirəm, ancaq məncə, belə cəzalar yalnız qrup turnirində yerinə düşür. Sonra isə futbolçular iki sarı vərəqəyə yox, yalnız meydandan qovulmaya görə oyunu buraxmalıdır».

Xatırladaq ki, Portuqaliya yığması da eyni səbəbdən yarımfinalda yarımmüdafiəçi William Carvalho-nun xidmətindən məhrumdur.

XS
SM
MD
LG