-
Tümen şəhərində yaşayan Artyom Hasanov change.org saytında AÇ-2016-da fiasko ilə üzləşən Rusiya futbol yığmasının buraxılmasıyla bağlı petisiya yazıb. İyunun 21-də açılan petisiyanı artıq 111 mindən artıq adam imzalayıb.
Petisiyada deyilir:
“Ümidləri doğrultmayan Rusiya yığmasının indiki heyətini buraxmaq, yeni heyət yığmaq lazımdır. Qənaət olunan pula futbol meydançaları salmalı, böyüməkdə olan nəsillərlə məşğul olmalıyıq”.
Xatırladaq ki, Rusiya yığması AÇ-də İngiltərə (1:1), Slovakiya (1:2) və Uels (0:3) ilə keçirdiyi oyunlarda 1 xal toplamaqla qrup sonuncusu olub.