Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:31

MN: «Ermənistan dezinformasiya yayır»


Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi

«Ermənistan KIV-lərinin iyulun 8-nə keçən gecə cəbhənin Ağdam istiqamətində Azərbaycan hərbi bölmələrinin təxribat hərəkəti törətməsi barədə yaydığı məlumat dezinformasiya xarakteri daşıyır».

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin iyulun 8-i günorta yaydığı açıqlamada belə deyilir.

Nazirlik hesab edir ki, Ermənistan tərəfi yalan məlumatlar yayır və bununla ölkədə hökm sürən qeyri-sabit siyasi vəziyyətdən ictimaiyyətinin fikrini yayındırmaq məqsədi güdülür.

Müdafiə Nazirliyi vurğulayır ki, onlar atəşkəsə sadiqdirlər. Yalnız qarşı tərəfin təxribatlarının qarşısını almaqdan ötrü tədbirlər həyata keçirilir.

«Baş verə biləcək bütün hadisələrə görə isə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcəkdir»,-deyə açıqlamada qeyd edilir.

Bu açıqlamadan əvvəl dəMüdafiə Nazirliyi bildirirdi ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi ümumilikdə 18 dəfə pozublar.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Aprelin 5-də tərəflər Moskvada hərbi əməliyyatların yenidən dayandırılması ilə bağlı razılıq əldə ediblər. Ancaq, hələ də, tərəflər bir-birlərini atəşkəsi pozmaqda ittiham edirlər.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal ediblər.

XS
SM
MD
LG