Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 12:15

Varlılar pullarını Türkiyəyə daşıyır-səbəb...


Azərbaycan əsgəri
Azərbaycan əsgəri

Qarabağ probleminin həlli, ölkədə kreditlərlə bağlı məhkəmə sayı, dövlət başçısının məmurları tənqidinin mümkün nəticələri bugünkü medianın aparıcı mövzusudur.

MÜNAQİŞƏNİN HƏLLİ MƏRHƏLƏLİ HƏLLDƏN KEÇİR

«Azərbaycan» qəzeti «Münaqişənin nizamlanması yalnız mərhələli həll variantı ilə mümkündür» sərlövhəli məqaləsində Qarabağ probleminin qəti həllinin tapılmalı olduğunu xüsusi olaraq önə çəkir.

Müəllif problemin həllinin sürətləndirilməsinə səbəb kimi bu il aprelin 2-5-də Qarabağ cəbhəsində baş vermiş döyüşləri göstərir. Yazı müəllifi qeyd edir ki, məhz bu döyüşlərdən sonra status-kvonun dəyişməsi və ya torpaqların azad edilməsi qaçılmaz mərhələyə daxil olub: «Aprel hadisələrindən sonra status-kvonun dəyişməsinin vacibliyi daha tez-tez gündəmə gəlməyə başlayıb. Vəziyyətin konstruktiv məcrada dəyişməsi Ermənistan üçün daha vacibdir. Çünki status-kvonun dəyişməməsi cəbhə xəttində yeni toqquşmaları qaçılmaz edir».

«Azərbaycan» yazır ki,yeni əməliyyatlar Ermənistana baha başa gələcək və ATƏT-in Minsk qrupunun həmsədrləri də bunun fərqindədirlər, odur ki, bu barədə tez-tez danışırlar: «Məsələ mərhələli yolla həll edilməlidir. Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. İkinci erməni dövləti yaradıla bilməz. Dağlıq Qarabağa heç vaxt müstəqillik verilə bilməz. Bunu artıq beynəlxalq ictimaiyyət qəbul edir».

Cib
Cib

KREDİT BORCLARI MƏHKƏMƏLƏRİN İŞİNİ ARTIRIB

«Azadlıq» qəzeti vəkil Cavad Cavadovun ölkədə mülki məhkəmə proseslərinin 75 faizinin kredit borcları ilə bağlı olması haqda məqaləsini dərc edib.

«Son aylarda müşahidələrim məhkəmələrdə baxılan mülki işlərin əsas hissəsinin kredit münasibətlərindən irəli gələn işlər olmasını göstərir». Vəkil C.Cavadov bu düşüncədədir. Onun fikrincə, bu məqam bankların problemli kredit faizlərinin elan edildiyindən də yüksək olduğuna şübhələr yaradır.

Vəkil yazır: «2014-cü ildə məhkəmələrdə 153 min 606 mülki işə baxılıb. Bu işlərdən kredit, borc münasibətləri üzrə 95 min 454 mülki iş üzrə qərar (qətnamə və əmr) qəbul edilib. Kredit münasibətlərindən irəli gələn mülki işlərin həcmi 2014-cü ildə baxılan ümumi işlərin 62 faizini təşkil edir. 2015-ci ildə məhkəmələrdə 228 min 428 mülki işə baxılıb, 2014-cü illə müqayisədə bu kateqoriya ilə bağlı işlərin həcminin birdən-birə artması kredit məsələləri ilə bağlı olub. Keçən il 171 min 664 iş kreditdən irəli gəlib. Bu isə ümumi işlərin həmin il üçün 75 faizi deməkdir».

Müəllif qeyd edir ki, bu ilin 6 ayı üçün rəqəmlər açıqlanmayıb, amma şəxsi müşahidələrinə əsasən, bu işlərin artan dinamika ilə inkişaf etdiyini deyir: «Bu qədər kredit münasibətləri üzrə qəbul edilmiş qərarların tam icrası praktiki olaraq mümkün deyil, çünki buna nə icra məmurlarının ştatı, nə də fiziki imkanları yetərli deyil».

Xəzər
Xəzər

POSTNEFT ERASI İLƏ UYĞUNSUZLUQ

«Novoye Vremya» qəzeti «OPEC-in bədbin məruzəsi» sərlövhəli məqaləsində neft faktoru fonunda ölkədə islahatların durumunu dəyərləndirir.

Yazı müəllifi dövlət başçısı İlham Əliyevin islahatlar nəticəsində ölkə iqtisadiyyatının neftdən asılı olmayacağı barədə bəyanatını belə şərh edir: «Çox yaxşı. Üstəlik, neft çətin ki, bir də əvvəlki qiymətə ola. Həm də nəzərə alaq ki, Azərbaycanda «qara qızıl»ın hasilatı onsuz da azalır. Beləliklə, postneft erası şərtləri şəraitində onsuz da iqtisadiyyatı inkişaf etdirmək lazım gələcək».

Yazıda deyilir ki,bu il ölkədə gündəlik neft hasilatı 0.85 milyon barrel olacaq, bu isə 2015-ci il ilə müqayisədə gündəlik 10 min barrel az neft deməkdir. Müəllif OPEC-ə istinadən bildirir ki, 2017-ci ildə yeni neft layihələri olmadığı üçün 2017-ci ildə neft nəqli 40 min barrelə kimi azalacaq.

Məqalədə OPEC-in yaxın vaxtlarda neftə tələbatın artacağı barədə bəyanatları inandırıcı qarşılanmır, amma hasilatın kəskin azalmasının ölkədə neft sənayesini zərbə altına qoya biləcəyi xəbərdarlığı edilir.

«Novoye Vremya»nın məqaləsində ölkə iqtisadiyyatının postneft şəraitinə uyğunlaşa bilmədiyi və nəzərdə tutulan islahatların sözdən o yana keçmədiyi vurğulanır.

Dollar
Dollar

VARLILARIMIZ PULLARINI TÜRKİYƏYƏ DAŞIYIR - SƏBƏB..

Azərbaycandan Türkiyəyə kapital axını sürətlə artmaqdadır. Bu ilin ilk beş ayında Azərbaycan kapitalı hesabına qardaş ölkədə 80 şirkət yaradılıb ki, onlardan 29-u səhmdar cəmiyyətdir. Azərbaycanlılar həmin cəmiyyətlərə 4 milyon 126 min lirə yatırıblar. Bunu «Yeni Müsavat» qəzeti 13 iyul tarixli sayında dərc etdiyi «Varlılarımız pullarını Türkiyəyə daşıyır» məqaləsində yazır.

Məqalədə imkanlı şəxslərin maliyyə vəsaitlərinin qonşu ölkəyə daşınması səbəbləri araşdırılır.

Sabiq maliyyə naziri, iqtisadçı alim Saleh Məmmədov qəzetə açıqlamasında deyib ki, dil probleminin olmamağı bu kapitalın Türkiyəyə axmasının başlıca səbəblərindən biridir. O qeyd edir ki, Türkiyədə bürokratik əngəllərə baxmayaraq, kiçik biznesə dövlət tərəfdən böyük dəstək var: «Rəhmətlik Turgut Özal-la başlayan proseslər Erdoğan-ın baş nazirliyi dönəmində daha da inkişaf etdi. Bu proqramları ciddi şəkildə genişləndirdilər. Bir müqayisə aparaq. Azərbaycanda kiçik biznesə yardım üçün cəmi bir proqram var. Çox çətinliklə biznesin inkişafı üçün faizsiz kreditlər verilir. Amma Türkiyədə belə proqramların sayı onlarladır. Dövlət büdcəsindən investisiya yatırılır. İqtisadiyyatın stimullaşdırılması, elmin inkişafı üçün Türkiyə böyük miqdarda vəsaitlər buraxır. Hər kiçik müəssisə dövlətdən qrantlar alır və yeni məhsullar istehsal edir. Yəni Türkiyədə belə imkanlar var. Bizimkilərin də bunlardan istifadə etmək imkanları var».

XS
SM
MD
LG