-
Britaniyanın "National Geographic Channel" televiziyasıyla "Channel 4" TV-sinin birlikdə əməkdaşlığı ilə İŞİD haqda dörd seriyalı film çəkilir. Filmin rejissoru və ssenaristi Peter Kosminsky-dir
""National Geographic" həmişə müharibənin çətinliklərini diqqətdə saxlayıb, müharibə mövzusu bizim sənədli filmlərdə xüsusi yer tutur" - deyə televiziyanın təmsilçisi Carolyn Bernstein "Variety magazine" yə bildirib.
Bunda da bax: "Stalin Sovet dövlətini kinoyla idarə edirdi"
Film gənc ingilis qız və oğlanların İŞİD-ə qoşulmaq üçün Suriyaya yola düşməsi ilə başlayır.
"Bizim ssenearimiz İŞİD-ə yeni qoşulmuş gənc oğlanın başına gələnlərdən bəhs edir, onun cəsarətli addımları bizə müasir dövrün ən dəhşətli quruluşunu göstərməyə imkan verir" - deyə Carolyn Bernstein fikrini tamamlayır.
Bunda da bax: "Azərbaycanlı qadın uşaqlarını da götürüb Suriyaya gedib..."
Film 2017-ci ildə ekrana çıxacaq. Hələlik filmin adı və orda oynayacaq aktyorlar bəlli deyil.
İŞİD haqda filmin rejissoru Kosminsky müharibə mövzusunda tez-tez müraciət edir. Onun "Britz" dramı "Ekiz qüllələr" terrorundan sonra radikallığa yuvarlanmış Britaniyalı müsəlman ailəsindən bəhs edir. Digər filmi "Vəd" İsrail-Fələstin qarşıdurması fonunda iki gəncin sevgi hekayətini təsvir edir. Kosminsky-nin digər filmləri "Dövlət inspektoru" və "Döyüşçülər" də müvafiq olaraq İraq və Bosniya müharibələrindən bəhs edir.