Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:27

'Bankları ciddi sınaqlar gözləyir'


Qubad İbadoğlu
Qubad İbadoğlu

«Bankların bağlanmasının başlıca səbəbi onların maliyyə mötəbərliliyini və adekvatlığını itirməsi, defolt vəziyyətinə düşməsidir».

«Dekabank», «Kredobank», «Parabank» və «Zaminbank»ın lisenziyasının ləğvini şərh edən iqtisadçı Qubad İbadoğlu belə deyib.

İqtisadçı qərarın bu sektordakı problemləri çözmədiyini ifadə edib.

«4 bankın bağlanması ilə maliyyə sistemində işlərin yoluna düşəcəyi, banklara və manata olan etimadın artacağı ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının adından açıqlanan fikirləri bölüşmürəm. Çünki bankları bundan sonra daha ciddi sınaqlar gözləyir. Onların hazırkı ağır vəziyyətdən çıxması bütövlükdə milli iqtisadiyyatın, xüsusilə də biznesin və ev təsərrüfatlarının durumundan asılıdır. Bu da yaxın dövrlər üçün həlli mümkün olan məsələlərdən sayıla bilməz. Çünki, islahatların ləngiməsinə görə milli iqtisadiyyatda geriləmələr sürətlənir», - iqtisadçı vurğulayıb.

Buna da bax: 'Son deyil, ardı mütləq gələcək'

Q.İbadoğlunun fikrincə, hazırda ən yaxşı yol elə bankların bağlanmasıdır.

«Bankların bağlanması hazırda mümkün olan pis variantlardan ən yaxşısı hesab oluna bilər. Onun ümumi sistemə neqativ təsirlərinin neytrallaşdırılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatası, Əmanətlərin Sığortalanması Fondu, ləğvetmə komissiyası əhali və xüsusilə də müştərilər arasında izahat işi aparmalıdır. Bu isə operativ açıqlamalar, qaynar xətlərin yaradılmasını tələb edir. Əks təqdirdə, banklarla müştərilər arasında yaranacaq problemi tənzimləmək çox çətin olacaq», - deyən ekspert qeyd edib ki, bankların kapitalının təmərküzləşməsi və onların konsolidasiyası davam etməlidir. Bu isə hələ bir neçə bankların birləşməsi və bağlanmasını zəruri edəcək.

İyulun 21-i Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarına əsasən, «Dekabank» ASC, «Kredobank» ASC, «Parabank» ASC və «Zaminbank» ASC-nin bank lisenziyaları ləğv edilib.

XS
SM
MD
LG