Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:07

ANS-in taleyi iyulun 29-da həll olunacaq


Bakı sakinləri ANS TV-nin bağlanması barədə
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

Bakı sakinləri ANS TV-nin bağlanması barədə

Milli Televiziya və Radio Şurasının (MTRŞ) «ANS Müstəqil Yayım və Media» Şirkətinin fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə iddiasına baxılacaq tarix açıqlanıb.

«Report»un Bakı Apellyasiya Məhkəməsinə istinadən yaydığı xəbərə görə, bu iddia üzrə hazırlıq iclası iyulun 29-na təyin edilib.

İşə hakim Ülvi Mayılovun sədrliyi ilə baxılacağı bildirilir.

MTRŞ iyulun 18-də «ANS Müstəqil Yayım və Media» Şirkətinin yayımının 1 ay müddətinə dayandırılması haqda qərar verib.

Qurum bu qərarı Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədi ilə izah edib.

Şura eyni zamanda ANS ÇM radiosunun da lisenziyasını alıb.

Daha sonra MTRŞ «ANS Müstəqil Yayım və Media» Şirkətinə televiziya yayımından ötrü verilmiş lisenziyanın ləğvi məsələsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

XS
SM
MD
LG