Keçid linkləri

2024, 03 Noyabr, bazar, Bakı vaxtı 01:27

Referendumun günü bilindi - Prezident sərəncam verdi


-

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb.

Bu haqda AzerTag məlumat yayib

KONSTİTUSİYADA NƏLƏR NECƏ DƏYİŞİR? -

Sərəncamda “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsinin kütləvi informasiya vasitələrində dərc edilməsinə göstəriş verilir.

Mərkəzi Seçki Komissiyası referendumun sentyabrın 26-da keçirilməsini təmin etməlidir.

İyulun 18-də prezident İlham Əliyev «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Referendum Aktı layihəsini rəy verilməsindən ötrü Konstitusiya Məhkəməsinə göndərmişdi.

İyulun 25-də Konstitusiya Məhkəməsi Akta müsbət rəy verdi.

Həmin Aktda Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Milli Şura, REAL Hərəkatı və Müsavat Partiyası bu layihənin əleyhinə mövqelərini bildiriblər. Onların fikrincə, bu, respublika sistemindən monarxiya sisteminə keçməkdir.

Bunalara da bax:

YAP referendum hazırlıqlarına başladı

İlqar Məmmədov referendumdan yazdı

Əli Kərimli: 'Hər şey xalqın öz seçiminə qaldı'

Həmçinin baxın: Referendum nəyi dəyişəcək?

XS
SM
MD
LG