Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:30

İki itə, bir pişiyə ayda 150 manat xərcləyirəm'


Dovşansatanlar danışır
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

Dovşansatanlar danışır

►Burda heyvanların səsi ətrafı başına götürüb

Onlara sevgidən, qayğıdan başqa azı 100 manat da xərcləməlisən

Doşvan ürkək-ürkək baxır, toyuq-cücənin qaqqıltısı ətrafı başına götürüb, kirpi tikanlarının içində gizlənib, bülbüllər, tutuquşular qəfəsdə var-gəl edir.

Müxtəlif heyvanların satıldığı bu bazar da bütün bazarlar kimi qaynayır. Burda da satıcılar satdıqlanı tərifləyir, alıcılar qiyməti aşağı salmağa çalşır:

– Bundan yaxşı pişik hardan tapacaqsan, gör tüklərini necə qabardır? Bir evin yaraşığıdır.

– Yaraşıqlıdır, ancaq qiyməti də yaraşıqıdır. Mən buna 50 yox, 25 manat verərəm.

Satıcı başını yelləyir, deyəsən, pişik sövdələşməsi baş tutmur.

Zoologiya müəllmliyindən heyvan satışna...

Heyvanların satıldığı bazarlar da digər bazarlar kimi səhər tezdən açılır. Günorta isti düşəndə satıcılar onları kölgəliyə çəkir.

Heyvan bazarının satıcıları danışır
Gözlə

No media source currently available

0:00 0:00:42 0:00
Direct-ə keçid

Satıcılardan biri Əhməd Səfərov deyir, əvvəl göy-göyərti, tərəvəz satıb. Zarafatla əlavə eləyir ki, “cansız tərəvəz satmağa nə var ki”:

“Onlara təkcə satlıq bir şey kimi baxmıram. Suyunu, yeməyini verməlisən, qayğısına qalmalısan. Günorta hava səhərki kimi deyil, yerini dəyişməlisən ki, heyvan yanmasın”.

Buna da bax: Bahalı quşları məmurlar alırlar- [Bazardan reportaj]

Əhməd özü ixisasca zoologiya məllimidir. İki il müəllim işləyib. Deyir müəllim maaşı əl vermədiyindən bazara üz tutub. Əvvəlcə həyətlərinin məhsulunu satıb. Bir ildən sonra tanışlarından birinin məsləhəti ilə az-çox peşəsini ona xatırladan bu işə başlayıb. Beş ildir heyvan alqı-satqısı ilə məşğuldur. Əhməd deyir ki, bazarda adam çox olsa da, alıcı azdır:

“Çoxu baxmağa gəlir, alan azdır. Düzdür, devalvasiyadan sonra daha çox başqa yerlərdən gətirilən heyvanların qiyməti 5-10 manat bahalaşıb. Neyləyək, başqa cür mümkün deyil”.

Bir cüt toyuq 200 manat, 3 min manata tutuquşu..

Qiymətlərə gələndə, bahalı da var, ucuz da. Kiməsə bir cüt cücəyə görə 80 manat baha görünər.

Satıcılar deyir ki, bunlar adi cücə deyil, pompon cücədir. Bədəni, ayaqları tüklü olan bu cücələrin qiymətləri kimi görünüşləri də fərqidir. Ya da satıcıların “smatra” dedikləri bir cüt fərə 100 manat, bu növün bir cüt toyuğu 200 manatadır. 10 ədəd bal arısı ailəsi 250 manata, tutuquşular 10 manatdan 40 manata, pişiklər növlərinə görə 50 manatdan 300 manata, itlər 500 – 2 min manata satılır. 3 min manatlıq tutuquşunu aylardır alan yoxdur. 5 manata da dovşan var, 100 manata da. Satıcı Haşım deyir ki, ən yaxşı satılan 500 manata Qafqaz çoban itidir.

Alıcılar razı görünmür. Daha çox baxır, soruşur, nə yeyib-içdikləri ilə maraqlanırlar:

– Oğlumun xoşuna gələn tutuquşunun qiymətini soruşdum, 150 manata dedi. Bunun yeməyi də var, heç olmasa, aya 30-40 manat edəcək. Görürəm ki, baha başa gələcək.

– İndi elə vaxtdır ki, gərək aldığın quşa, heyvana qayğı göstərə biləsən.

– Təkcə heyvana sevgi bəs eləmir, maddiyyat da lazımdır.

Bir heyvanın ortalama xərci ayda 100, 150 manatdır

Heyvanları Müdafiə Cəmiyyətinin rəhbəri Azər Qarayev də deyir ki, sevgi öndə gəlsə də, heyvanın qayğısını, xərclərini qarşılamaq da lazımdır:

“Xərclər heyvanların cinsindən, növündən, həssaslığından asılı olduğundan qiymətləri də təbii ki, fərqilidir.

Azər Qarayev də deyir ki, sevgi öndə gəlsə də, heyvanın qayğısını, xərclərini qarşılamaq da lazımdır
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00
Direct-ə keçid

Mənim iki itim, bir pişiyim var. İtlər çəkisi böyük olanlardır. Baytar xidmətlərini də nəzərə alanda 150 manata qədər xərcləyirsən. Mən onlara həm ət, həm də quru yeməklər verirəm. Quru yeməklər başqa ölkələrə baxanda bizdə bahadır. Orta həcmlə götürəndə təbii yeməklə qidanmadan baha başa gəlir. Ancaq əksinə olmalıdır”.

İtlər üçün 14 kiloqramlıq qablaşdırılmış süni yeməyin qiyməti 85 manatdır. Bu bir itə bir ay çatır.

Heyvan üçün çağırışın qiyməti 20 manatdır

Heyvan saxlayanlar baytar həkiminə də tez-tez müraciət edir. Baytar həkim Vüqar İsayev deyir ki, o, əsasən, çağırışlara gedir:

Baytar həkim Vüqar İsayev deyir ki, 20 manat müayinə və müalicə qiymətidi
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00
Direct-ə keçid

“Özüm qəbul etsəm, müraciət edən çox olmaz. Ona görə əsas çağırışlardır. 20 manat müayinə və müalicə qiymətidir. Müalicəyə dərmanlar gərəkdikdə, özümdə olandan verirəm, olmayanda yazıram, sahibi alır”.

Vüqar İsayev deyir ki, əvvəlki illərə baxanda, indi insanlar heyvanlara daha çox qayğı göstərir:

“Bəzən olur ki, tanımadığı adamlar sahibsiz itlərə görə həkim çağırır. Əvvəl belə deyildi”.

...Bazar bağlanana yaxın satıcılar satılmayan heyvanları qəfəslərə, qutulara yığır. Onlar da buna öyrəşdiklərindən tənbəl-tənbəl yerlərinə girirlər. Səhər tezdən yenə buraya gələcəklər.

Heyvan bazarının satıcıları danışır
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

XS
SM
MD
LG