ABŞ-ın Florida ştatında «Zika» virusundan şübhələnən 400-dən çox adam xəstəxanalara müraciət edib. Onlardan 55 nəfəri hamilə qadınlardır.
Ştatda virusa qarşı tədbirlər artırılır. Mayami başda olmaqla ştatın bir çox ərazisi qapı-qapı dezinfeksiya edilir. Ağcaqanadların yumurta qoyduğu göllər və gölməçələr sterilizə edilir.
«Zika» virusu «Aedes aegypti» növlü ağcaqanadlar vasitəsilə yoluxdurulur.
Yeni doğulan uşaqlarda baş-beyin anormallığına səbəb olan «Zika»ya qarşı, hələlik, peyvənd tapılmayıb.
«Zika» virusuna yoluxma keçən ilin mayında Braziliyada aşkarlanmışdı.
Hazırda 20-dən çox ölkədə bu virus qeydə alınıb.