Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 02:24

Bülletenlərin çapına başlandı


2009-cu il referendumu
2009-cu il referendumu

Konstitusiyaya dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə bağlı Milli Məclisin Mətbəəsində səsvermə bülletenlərinin çapına başlanılıb.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Komissiyanın üzviləri səsvermə bülletenlərinin çap olunması prosesi ilə yaxından tanış olublar.

Məzahir Pənahov bildirib ki, 5 milyon 280 min 924 bülletenin çap olunması qərara alınıb. Bülletenlərin çapı prosesinin mühafizəsini Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçir.

Buna da bax - Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişiklərlə bağlı referendum keçiriləcək.

Layihədə ifadə azadlığı və mülkiyyət haqları ilə bağlı bir sıra məqamlar var. Bundan başqa, orada Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Üstəlik, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

XS
SM
MD
LG