Bu gün, avqustun 9-da jurnalist Rasim Əliyevin ölümünün bir ili tamam olur.
Keçən il avqustun 8-də onu bir qrup şəxs ağır şəkildə döymüşdülər. Xəstəxanaya yerləşdirilən R.Əliyev bir gün sonra elə oradaca vəfat etmişdi.
Bu ölümlə bağlı həbs edilənlər oldu, məhkəmə prosesləri keçirildi.
İstintaq materiallarına görə, R.Əliyevin «Qəbələ» futbol klubunun keçmiş kapitanı Cavid Hüseynovla onun stadionda fərqləndikdən sonra etdiyi əl hərəkətinə görə sosial şəbəkələrdə «söz»ləşməsi gərginliyə səbəb olub. Sonradan bu prosesə futbolçunun qohum və dostları qarışırlar. R.Əliyevi söhbətə çağıraraq, ona sosial şəbəkədə yazdığı bir-iki cümləlik tənqidi fikirlərinə görə möhkəmcə «dərs» verirlər.