Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:56

Lavrov: «Söyüş işlətmək istəməzdim»


Rusiya Xarici İşlər naziri Lavrov və ABŞ Dövlət katibi Kerri
Rusiya Xarici İşlər naziri Lavrov və ABŞ Dövlət katibi Kerri

ABŞ RUSİYA ƏLEYHİNƏ YENİ SANKSİYALARA HAZIRLAŞIR

Vaşinqton Demokrat partiyasının serverinə haker hücumlarında rus izlərinə rast gəlib. Bu haqda The Wall Street Journal qəzeti Federal Təhqiqat Bürosuna istinadla yazır.

ABŞ-ın güc strukturları hesab edir ki, Demokrat partiyasının serverinə haker hücum edilməsini, əldə edilən informasiyaların sonradan ifşaedici WikiLeaks saytında yerləşdirilməsini Rusiya gerçəkləşdirib. Qəzet iddia edir ki, Vaşinqton Moskva əleyhinə yeni sanksiyalar tətbiq etməyə çalışır.

Buna da bax: "Əliyev məmurlarına ofşor şirkət yaratmağı öyrədib"

Ortalığa çıxarılan sənədlərdən birində partiya aparatının ABŞ prezidentliyinə əsas namizəd, Clintonun bu partiyadan başlıca rəqibi olan Bernie Sandersin əleyhinə, faktiki olaraq Hilary Clintona lehinə işlədiyi məlum olurdu.

Ağ Evin Rusiya əleyhinə yeni məhdudiyyətlər tətbiq etməsi üçün Moskvanı rəsmən ittiham etməlidir və bundan ötrü kiberhücumun icraçılarını tapmalıdır. Hərçənd hələlik hər hansı rəsmi açıqlma olmayıb. Şübhəlilərin adları da açıqlanmayıb.

Buna da bax: Prezidentlər silahla [FOTOLAR]

AMERİKALI MƏMURLAR ORTAQ MƏXRƏCƏ GƏLƏ BIMİRLƏR

Rusiyanın «İzvestiya» qəzeti «məlumatlı qaynaqlara» istinadla yazır ki, amerikalı məmurlar bu məsələdə ortaq məxrəcə gələ bilmirlər, əlavə sanksiyaların tətbiq edilməsi üçünsə bu çox vacibdir.

Buna da bax: REAL: «Natiq Cəfərlinin həbsi İlham Əliyevin göstərişi ilə olub»

Haker hücumu iyulun sonlarında baş vermişdi. Hillary Clintonun qərargahının təmsilçiləri partiya serverinin sındırılmasında Rusiyadan olan hakerləri ittiham etmişdilər. Və kiberhücumun arxasında duranların respublikaçı namizəd Donald Trump-a yardım etmək istədikləri demişdilər.

«İzvestiya» Trump-ın Rusiyanın ünvanına xoş ifadələr işlətdiyini, bu ölkə əleyhinə sanksiyaların ləğvinə hazırlaşdığını, Krımın Rusiya tərkibinə keçməsini tanımaq və prezident Vladimir Putinlə daha effektiv əlaqə yaratmaq tərəfdarı olduğunu yazır.

Buna da bax: «Bir sayt yaratdıq, təhqirlərlə üz-üzəyik»

«Görünən odur ki, Trump-ın Rusiyayönümlü ritorikası sirli və qüdrətli rus hakerəri barədə versiya üçün əsas olub», - qəzet güman edir.

KREML TƏKZİB EDİR, «SÜBUT YOXDUR» DEYİR

Kreml Demokrat Patiyasının elektron ünvanının sındırılması haqda ehtimalları təkzib edib. Rusiya prezidentinin sözçüsü Dmitriy Peskov bildirib ki, Rusiyanın ABŞ-da partiya serverinə haker hücumu ilə bağlı Ağ Evin əlində heç bir dəlil, sübut yoxdur.

Buna da bax: İlham Əliyev «atasından qalma mirasın girovudur»

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi John Kerry də bu mövzuya toxunublar. Amerikalı jurnalistlərdən birinin bu xəbərə münasibət bildirməsi xahişinə cavab olaraq Lavrov zarafatla belə cavab verib: «Söyüş işlətmək istəməzdim».

Buna da bax: Kerry Tbilisinin qədim hissəsini gəzir [video]

Kerry köhnə Tbilisidə gürcü mətbəxi ilə tanış olub
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

XS
SM
MD
LG