Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:57

Dərman bahalaşıb, yoxsa ucuzlaşıb?


Apteklərdə qıtlıq aradan qalxır
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

Apteklərdə qıtlıq aradan qalxır

Ötən ildən bəri qeydiyyata alınmış dərman vasitələrinin qiymətini dövlət tənzimləməyə başladı. Səbəb - sosial təminatı zəif olanlara kömək etmək və qiymətlərdə nizam-intizam yaratmaq idi. Tarif (qiymət) Şurasının məlumatına görə, indi 9 min 850dərman vasitəsinin qiyməti tənzimlənir. Sən demə, gerçək durum heç də belə deyilmiş. Hər halda Dövlət Statistika Komitəsi (DSK) belə deyir.

NAZİR DEYİR Kİ, QİYMƏT ENİB

Bu ilin yanvarında Tarif Şurasının sədri, iqtisadiyyat naziri Şahin Mustafayev 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafın dair Dövlət Proqramının icrasının 2-ci ilinə həsr olunan konfransda deyib ki,tənzimləmə qiyməti ucuzlaşdırıb: «Manatın məzənnəsində baş verən dəyişikliklərə baxmayaraq, dərman vasitələrinin qiymətləri əhəmiyyətli dərəcədə endirilib».

PREZİDENT: «DƏRMAN PREPARATLARININ QİYMƏTİNDƏ ÇOX CİDDİ AZALMA MÜŞAHİDƏ OLUNUR»

Prezident İlham Əliyev də Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının nəticələrinə həsr olunan iclasında xatırladıb ki, İqtisadiyyat Nazirliyi Səhiyyə Nazirliyi ilə birlikdə artıq bir ildən çoxdur ki, bu məsələ ilə məşğuldur: «Nəticədə, dərman preparatlarının qiymətində çox ciddi azalma müşahidə olunur. Eyni zamanda, artıq keyfiyyətə də çox ciddi nəzarət edilir. Baxmayaraq ki, manatın məzənnəsi aşağı düşüb və biz idxaldan tam asılıyıq, görülmüş tədbirlər, dövlətin müsbət mənada müdaxiləsi nəticəsində burada qiymətlərdə sabitləşmə var. Bir çox dərman preparatlarının qiymətləri aşağı düşüb».

STATİSTİKA KOMİTƏSİ BELƏ DÜŞÜNMÜR?

Ancaq DSK-nın məlumatına görə, bu ilin 7 ayında dərmanların qiyməti 33.9 faiz, tibbi təyinatlı digər ləvazimatlarsa 24 faiz bahalaşıb. Burdan o nəticə çıxır ki, qiyməti uçuşlasan dərmanların sayı azdır, çünki azalma dərmanların çoxunu əhatə etsəydi, DSK bahalaşmanı dilə gətirməzdi.

XATIRLATMA

2014-cü ildekabrın 16-da «Dərman vasitələri haqqında» qanunda dəyişikliklər edildi və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərini dövlət tənzimləməyə başladı. Nazirlər Kabinetinin 2015-ci il 14 aprel qərarına əsasən, belə dərman vasitələrinin qiymətləri (tarifləri) dövlətin tənzimlədiyi malların (işlərin, xidmətlərin) siyahısına daxil edildi. Nazirlər Kabinetinin 2015-ci il 3 iyun qərarı ilə «Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası» təsdiqləndi.

XS
SM
MD
LG