Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 18:43

Türkiyə gündəliyi: Anti-Gülen repressiyaları əndazəni aşır


Abbas Cavadi yazır ki, 17 avqust tarixli fərmanı ilə Türkiyə baş naziri 38 min məhbus üçün amnistiya verib.

Bunların arasında qətl, seksual təcavüz və ya zorlamaya görə məhkum edilənlərin olmadığı bildirilir. Amma buraxılanların arasında çox sayda da iqtisadi cinayət törədənlər var.

Türkiyə həbsxanalarından 38 min məhbus buraxılacaq
Türkiyə həbsxanalarından 38 min məhbus buraxılacaq

Məqalədə deyilir ki, həbsxanalarda yaranan basabası seyrəltmək üçün bütün Türkiyə hökumətləri müəyyən vaxtlarda amnistiya veriblər, lakin bu dəfəki amnistiyanın miqyasından Erdoğan hökumətinin həbsxanalarda daha çox yer boşaltmaq niyyəti görünür.

Cavadi yazır ki, Fethullah Güleni sözdə və əməldə dəstəkləyən minlərlə insan Türkiyənin iri saxlama məntəqələrində məhkəmələrini gözləyir. Onların adi həbsxanalarda yerləşdirilməsinə ehtiyac var.

“Biz oğru və caniləri ona görəmi azad edirik ki, çevriliş cəhdçiləri üçün yerlər açılsın?” sualı bu günlər Türkiyə mediasında ən çox səslənən sualdır, - yazır Abbas Cavadi, - Heç sual ola bilməz ki, bu sualın cavabı “bəlidir”.

***Bunlara da baxın:
- Rafiq Əliyev: 'Gülençilərdən çox, turizmin ərəbləşməsindən narahatam'

- BƏƏ-dən gələn turistlər çoxalıb
- "Erdogan indi həssasdır. Əliyev əsl Gülənçiləri həbs etməlidir"​
- Nardaran işində: 'Cinsiyyət orqanımızın üstünə çıxıb təpikləyirdilər'

24 saatın xəbərləri

Cavadi yazır ki, o, adəti üzrə Türkiyədən gələn əsas xəbərlərə nəzər yetirib və çevriliş cəhdindən 1 ay sonra baş verən həbslərin və başqa hadisələrin son 24 saatdakı xronikasını tərtib edib:

-- Özgür Gündem qəzetinin həbs olunmuş 24 jurnalisti prokurorluğa göndərilib;

-- Ölkənin cənubundakı Bitlis şəhərində baş vermiş terrorçu hücumda 4 təhlükəsizlik əməkdaşı öldürülüb;

-- Həbs olunmuş müəllim Demirtaşdan xəbər yoxdur;

-- Xüsusi sərəncamla 187 biznesmen həbs olunacaq;

-- Türkiyənin şərqindəki Van şəhərində polis məntəqəsinə basqın nəticəsində üç nəfər həlak olub, 73 nəfər yaralanıb;

-- İstanbul meri Kadir Topbaşın kürəkəni ilə əlaqədar anti-Gülen əməliyyatı keçirilib;

-- Milli Teleradio Komitəsi Türkiyənin şərqindəki Elaziq şəhərində polis məntəqisinə bomba basqını barədə reportajları qadağan edib;

-- Gülenlə bağlı iş üzrə həbs edilmiş polkovnik özünü müdafiə edir;

-- Elaziq valisi deyib ki, polis məntəqəsinə hücum nəticəsində 3 nəfər öldürülüb, daha 146 nəfər yaralanıb və onlardan 14-nün vəziyyəti ağırdır;

-- Polisdən 2360 və ordudan 112 nəfərin xaric edilməsi barədə “xüsusi sərəncam” verilib;

-- 86 hakimin və prokurorun həbsi planlaşdırılır.

Cavadi xatırladır ki, fövqəladə vəziyyət şəraitində prezident və baş nazirin “xüsusi sərəncamları” qanun rolunu oynayır.

Belə iddialar da var ki, bəziləri kimlərinsə vəzifəsini tutmaqdan ötrü onları güdür və “gülençi” olduqları barədə təhlükəsizlik orqanlarına məlumatlar verir

Məqalədə deyilir ki, bu qədər xəbərlərin içindən həbs statistikasını çıxarmaq çətin olsa da, jurnalistlər bunu etməyə çalışırlar.

Bu məlumatlara görə, çevriliş cəhdindən bəri 77 min məmur vəzifəsindən kənarlaşdırılıb, 5 min hökumət qulluqçusu işdən azad olunub, 19 min nəfər saxlanıb və daha 11 min nəfər həbs edilib.

Bəzi proqnozlara görə işdən çıxarılanların sayı tezliklə 100 minə çatacaq.

Viruslar

Prezident xəbərdarlıq edir ki, “Gülen virusları” hər yeri basıb. O hər bir vətəndaşı “belələri lap dostunuzdursa da” şübhəlilər barədə təhlükəsizlik orqanlarına xəbər verməyə çağırıb.

“Aşkardır ki, 77 min, o ki qalmışdı 100 min adamın uğursuz çevriliş cəhdində silahlı və ya fəal iştirakı mümkün deyil – yazır Abbas Cavadi, - Belə görünür ki, hətta keçmişdə Gülen haqqında müsbət nəsə demiş adamlar barədə də məlumatlar verilir və onlar ya işdən çıxarılır, ya da saxlanır. Belə iddialar da var ki, bəziləri kimlərinsə vəzifəsini tutmaqdan ötrü onları güdür və “gülençi” olduqları barədə təhlükəsizlik orqanlarına məlumatlar verir”.

Məqalədə deyilir ki, on minlərlə iddianın ədalətli araşdırılmasına illər lazım gələ bilər.

Üstəlik də ittiham edilənlər işlərini və maliyyə təhlükəsizliklərini itiriblər. Belələrinin sayı bu gedişlə, ailələri ilə birlikdə yarım milyonu keçəcək və bəlkə hələ bundan da çox olacaq, - yazıb Abbas Cavadi.

XS
SM
MD
LG