Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 15:58

"Haqq- ədalət olmayan yerdə insanlar özlərinə qəhrəman axtarırlar"


Rövşən Lənkəranskinin dəfnində izdiham
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

Rövşən Lənkəranskinin dəfnində izdiham

*Youtube Kanalımıza abunə ol - Ölkədə baş verənlərdən xəbərin olsun

O, siyasi xadim deyil, məşhur yazışı, idmançı və ya iş adamı da deyil. O , kriminal avtoritetdir. Bəs onda Rövşən Lənkəranskiyə niyə belə diqqət var?

Siyasi psixoloq Samirə Qasımlı deyir ki, “qanuni oğru”ya bu münasibət cəmiyyətin ənənəvi yanaşmasından və medianın kriminal dünyaya böyük önəm verməsindən irəli gəlir:

“Mən bunun səbəbini onunla əlaqələndirərdim ki, birincu buna ənənəvi yanaşma var. Çünki daha əvvəldən, sovet dövründən bu yana oğrulara, qanuni oğrulara ciddi maraq olub. Onları hörmətli adam kimi qəbul ediblər. Bir az bu paradoksal səslənsə də, onlara bir avtoritet kimi yanaşma tərzi olub. Mən belə düşünürəm ki, ondan gələn bir yanaşma var.

Əksəriyyətin cahil olduğu bir cəmiyyətdə, bir toplumda belə adamlara maraq daha çox olur. Onlar daha çox tanınır. Bunu daha çox cahilliyə bağlayardım”.

"NARAHAT OLDUM"

Hüquqşünas Aslan ismayılov isə deyir ki, bu vəziyyət onu daha çox narahat etməyə başlayıb. Hüquqşünas bunun səbəbini hakimiyyətdə görür:

Aslan Ismayilov
Aslan Ismayilov

“Mən dünən bir status da yazdım bu mövzuda. Qanuni hakimiyyətin hörmətsiz olduğu ölkədə hökmən qanuni oğrular hörmət sahibi olacaqlar. Bu gün baş verənlər millətin, dövlətin faciəsidir. Və biz bu gün baş verənlərin hansı fəsadlara aparacağını hələ dərk edə bilmirik. Bu gün Azərbaycan KİV-lərinin bu xalqa hansı zərbəni vurduğunu. Bu xalqa hansı əxlaqi-mənəvi dəyərləri aşıladığının biz hələ fərqində deyilik. Mən həyatımda bu qədər üzgün olmamışdım. Bu gün mən artıq millətin gələcəyindən çox narahat oldum. Ona görə ki, biz insanları düz yola yox, oğru yola faktiki olaraq çağırırıq.

Bunun da hamısının günahı bu günki hakimiyyətdir. Ona görə ki haqq- ədalət olmayan yerdə insanlar özlərinə qəhrəman axtarırlar. Mən istisna etmirəm ki, bir gün bir qanuni oğru Azərbaycan hökumətinin başına da gələ bilər”.

Siyasi şərhçi Nəsimi Məmmədli isə “qanuni oğru”lara, kriminal aləmə bu qədər marağın olmasının səbəbini cəmiyyətin savadsızlığı ilə əlaqələndirir:

“Doğrusu, mən adıçəkilən Rövşən Lənkəranski haqqında demək olar ki, çox az bilgiyə malikəm. Adətən bu tip məsələləri izləmirəm. Bu olaylar baş verəndə yalnız bilirəm ki, belə insanlar var imiş. Tam səmimi şəkildə deyirəm ki, mənim bu adam haqqında heç bir bilgim olmayıb. Tanınmış bir sima deyil, onun hansısa bir şəkildə cəmiyyətin, dövlətin, bütövlükdə bəşəriyyətin, insanlığın həyatında həlledici rolu olmayıb ki, onunla maraqlanaq, bunu biz müşahidə edək.

Buna cəmiyyətin reaksiyası onunla bağlıdır ki, əslində cəmiyyətin daha çox geridə qalması, savadsızlığı ilə bağlıdır. Adətən insanlar akademik xəviyyəni anlamağa, dərk etməyə çətinlik çəkir. Cəmiyyətin bir alim yetişdirməsi üçün illər, böyük zəhmət lazımdır. Amma hər kəs adi bir cinayətkar ola bilər. Bu bir anın içərisində baş verir. Cəmiyyətin daha çox inkişaf etməyən, aşağı səviyyədə qalan hissəsi üçün bu cəlbedici görünür. Daha tez anlaşıla bilən bir fəaliyyət növüdür. Amma bir alimin, bir akademikin, bir elm adamının fəaliyyətini cəmiyyət o şəkildə anlaya bilmir. Onu çatdırmaq üçün də bu gün vasitələr yetərli deyil.

Bu baxımdan mən hesab edirım ki, cəmiyyətin özünün yanaşması onun səviyyəsinin aşağı düşməsi ilə bağlıdır. Bir cinayətkar aləmdə fəaliyyəti olan, faktiki olaraq cəmiyyət üçün ciddi bir əhəmiyyət kəsb etməyən şəxsin ölümünün belə bir ajotajla qarşılanması cəmiyyətin durumundan xəbər verir”.

XS
SM
MD
LG