Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:27

Faiq Əmirli maşınından çıxan kitabların ona aid olmadığını deyir [Video]


Şahid: "Faiqi aparandan sonra gördüm ki,baqajı açıb nəsə qoydular"
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Şahid: "Faiqi aparandan sonra gördüm ki,baqajı açıb nəsə qoydular"

-

“Azadlıq” qəzetinin yayım işləri üzrə direktoru Faiq Əmirli Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) üzrə şübhəli şəxs qismində dindirilib. Hazırda Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına saxlanılır.

Bu haqda AzadlıqRadiosuna Faiq Əmirlinin vəkili Aqil Layıcov məlumat verib.

Bu maddənin sanksiyasında min manatdan iki min manatadək cərimə və ya azadlığın üç ilədək məhdudlaşdırılması və ya iki ildən dörd ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

***

«Faiqin maşınından çıxan kitablar quramadır. Onun maşınında heç vaxt belə kitablar olmayıb, onları axtarış aparanlar Faiqi şərləməkdən ötrü özləri maşına qoyublar».

«KİTABLARI YÜK YERİNƏ ÖZLƏRİ QOYUBLAR»

Bunu AzadlıqRadiosuna «Azadlıq» qəzetinin avqustun 20-də saxlanmış yayım üzrə direktoru Faiq Əmirlinin qayınatası Zakir Allahverdiyev deyib:

«Faiq səhər maşına minmək istəyəndə 3-4 nəfər ona yaxınlaşıb öz maşınlarına oturtdular. Ağ maşın idi, nömrəsini görə bilmədim. Bundan 5-6 dəqiqə sonra qayıdıb Faiqin maşınının yük yerinə o kitabları qoydular. Evi yoxlayandan sonra isə maşının yük yerini açıb həmin kitabları oradan çıxartdılar. Bu, başdan-ayağa quramadır».

«Azadlıq» qəzetinin yayım üzrə direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirli avqustun 20-də evinin qarşısında saxlanıb. Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin əməkdaşları onun evində axtarış aparandan sonra maşının yük yerindən Fethullah Gülen-in kitablarını çıxardıblar.

Buna da bax - Əli Kərimli: 'Ankara Bakıdan əsl gülençiləri tələb edəcək'

SƏRİŞTƏSİZ TƏXRİBAT

AXCP sədri Əli Kərimli AzadlıqRadiosuna bildirib ki, avqustun 19-da partiyanın Xətai rayon Gənclər Komitəsinin sədri Fuad Əhmədliyə «gülençi» adı ilə cinayət işi açılması, avqustun 20-də isə köməkçisi və «Azadlıq» qəzetinin direktoru Faiq Əmirlinin həbsi özünə və AXCP-yə qarşı yönəlib:

«Bir neçə gün öncə Azərbaycan hökumətinin Rusiyayönümlü mətbuat orqanları, həm də Rusiyanın dövlət televiziyası birlikdə bir kampaniyaya başladılar. Xalq Cəbhəsi Partiyasını və şəxsən məni Fethullah Gülen-lə əlaqələndirməyə cəhd elədilər. Bu böhtan kampaniyası start götürəndən sonra yerli əməliyyatçılar da işə başladılar. Dünən Fuad Əhmədlini saxlayıblar. Fuad Əhmədli müasir, liberal düşüncəli bir gəncdir. Heç bir dini qrupla əlaqəsi olmayıb, onu da şərləyiblər. Guya Gülen-in tərəfdarı kimi təqdim edib haqqında cinayət işinə başlayıblar. Bu gün isə Faiq Əmirlini tutublar. Faiqin maşınından Gülen-in kitablarının və CD-lərin çıxarılması birmənalı şəkildə səriştəsiz təxribatdır».

Buna da bax - Həbslərlə nəyə nail olmaq istəyirlər?

Əli Kərimli bildirib ki, bütün bunlar sentyabrın 26-da keçiriləcək Konstitusiyaya dəyişikliklərlə bağlı referendumla əlaqədar AXCP-nin və Milli Şuranın planlaşdırdığı mitinqlərə görədir.

Həmin dəyişikliklərdə prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, bu posta seçilməkdən ötrü yaş məhdudiyyətinin götürülməsi, vitse-prezidentlik postlarının yaradılması nəzərdə tutulur. Eləcə də mülkiyyət, ifadə azadlığıyla bağlı bəzi məhdudiyyətlər gətirilir.

Vəkil: 'Faiq Əmirlidən tapıldığı iddia olunan kitablar qadağan olunmuş ədəbiyyat siyahısında yoxdur'

Vəkil: "Faiq Əmirlidən tapıldığı iddia olunan kitablar qadağan olunmuş ədəbiyyat siyahısında yoxdur"
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

«VƏZİYYƏTİ NORMALDIR»

Vəkili Aqil Layicov AzadlıqRadiosuna bildirib ki, Faiq Əmirli səhər 10-11 radələrində özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları kimi təqdim edən mülkigeyimli şəxslər tərəfindən saxlanılıb. Ağır Cinayətlərə Dair İstintaq İdarəsində dindiriləndən sonra şübhəli şəxs kimi Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə köçürülüb. Vəkil deyir ki, Faiq Əmirlinin vəziyyəti normaldır. Maşınından çıxan kitabların ona aid olmadığını bildirib.

Bir neçə gün öncə Baş Prokurorluq bildirib ki, Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fethullah Gülen tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə Cinayət Məcəlləsinin uyğun maddələri ilə cinayət işi başlanıb. Gülen Türkiyə hakimiyyətinin ittihamlarını rədd edir.

Avqustun 18-də Dövlət Təhlükəsizliyi Xidməti AXCP fəalı Fuad Əhmədlini saxlayıb. O, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. AXCP bu ittihamları rədd edir.

XS
SM
MD
LG