Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:53

'Dollar bahalanmaqda davam edəcək'


Vüqar Bayramov
Vüqar Bayramov

►“Qarşıdakı aylarda manatın devalvasiyası davam edəcək. Bunun bir neçə səbəbi var”.

İqtisadçı ekspert Vuqar Bayramov “Turan” İnformasiya Agentliyinə açıqlamasında belə deyib.

Valyuta ehtiyatlarında kritik azalma

Ekspert bu məsələdə ölkənin valyuta ehtiyatlarının kritik həddəazalmasının əsas səbəblərdən olduğunu vurğulayıb.

“Nəticədə son iki ayda valyuta tələbi tam ödənilmir ki, bu milli valyuta üzərində təzyiqləri artırır. 2016-cı ilin mart-iyul aylarında Mərkəzi Bank cəmi 1 dəfə 100 milyon ABŞ dolları həcmində intervensiya edib”, ekspert deyib.

Buna da bax: Ə.Həsənov: 'Kredit qaytarmaq daha da çətinləşəcək'

Xarici ticarətdə mənfi saldo

O, ikinci səbəb kimi Azərbaycanın xarici ticarət balansında mənfi saldonu göstərir. Mart ayından etibarən mənfi saldo yaranıb. Nəticədə ilin 1-ci yarısında ticarət saldosu mənfi 225.8 milyon dolları olub. Halbuki, əvvəlki illərdəAzərbaycanın xarici ticarət saldosu daimi müsbət olub.Yəni ixrac, idxaldan çox olub. Ölkədən çıxan valyuta, ölkəyə gələn valyutadan az olub

Xarici borc və üzən məzənnə


İqtisadçının fikrincə, manatla pul bazasının artması da dolların bahalanmasına əsas səbəblərdəndir.

“İyul ayının 29-da manat kütləsinin həcmi yanvar ayı ilə müqayisədə 1.85 milyard və yaxud 24 faiz artıb. Bu da valyuta bazarlarında tələbi artıran faktor hesab edilir”, deyən ekspertə görə, Mərkəzi Bankın üzən məzənnə rejiminə keçməsi ölkə əhalisinin kütləvi şəkildə valyuta bazarları iştirakçısına çevrilməsinə səbəb olub.

Buna da bax: Bloomberg: “Azərbaycan valyuta böhranı məngənəsində”

“Nəticədə valyuta bazarlarında yeni tendensiya formalaşıb. Belə ki, ölkə vətəndaşları və biznes subyektləri məzənnə dəyişikliyindən gəlir əldə etməyə çalışırlar”.

Ekspert xarici dövlət borcunun artmasını da dolların bahalaşmasının başqa bir səbəbi sayır.

“Hesab edirəm ki, manatın növbəti dövrlər üçün məzənnəsi daha çoxneftin qiymətindən asılı olacaq. Hər hansı fors major hallar baş verməzsə neftin qiymətində 2016 və 2017 -ci illər üçün mühüm artım proqnozlaşdırılmır. Bu da manat-dollar cütlüyündə artımların davam edəcəyi qənaətini gücləndirir”, deyə V.Bayramov bildirib.

Son iki ayda milli valyutanın ucuzlaşması müşahidə edilir. Əgər 2016-cı ilin iyulunda 1 dollar 1,56 manat idisə, avqustda dollar bir qədər də bahalaşıb.

Mərkəzi Bankın (MB )iyulun 1-nə olan məlumatına görə, 4 milyard 283,9 milyon dollar ehtiyatı var.

Bu göstərici keçən ilin analoji dövrünə nisbətən elə 4 milyard 236,3 milyon dollar azdır.

2014-cü ilin sonunda isə Mərkəzi Bankın valyuta ehtiyatı 15 milyard dollara yaxın olub.

Dövlət Neft Fondunun vəsaitləri ilə birgəhazırda Azərbaycanın 38,3 milyard dollar valyuta ehtiyatlının olduğu bildirilir.

Bununla paralel olaraq Azərbaycanın xarici borclanması artır.

Bu il aprelin 1-nə olan məlumata görə, Azərbaycanın 7 milyard 448.7 milyon ABŞ dolları xarici dövlət borcu var.

Bu, təqribən 11 milyard 486.6 milyon manata bərabərdir. Xarici borc 3 ayda - yanvarın 1-i ilə müqayisədə apreldə 554.4 milyon dollar çoxalmışdı.

XS
SM
MD
LG