Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:00

ABŞ-da məscid tikintisinə etiraz


ABŞ-da məscid. İllüstrasiya
ABŞ-da məscid. İllüstrasiya

-

ABŞ-ın Corciya ştatında bir icmanın sakinləri ərazidə müsəlman məscidinin tikilməsinə qarşı çıxırlar.

Onlar məsciddən terrorçuların təlim yeri kimi istifadə oluna biləcəyindən qorxurlar.

Bəziləri bu məscidin tikilməsini istəmir, bəziləri isə bu etirazı “dini ayrıseçkilik” adlandırır.

5 GÜNLÜK MORATORİUM

Son vaxtlar ölkədə dini azadlıqlar, antimüsəlman ritorikası və zorakılıq mövzularının gündəmə gəlməsi fonunda Newton qraflığının sakinlərinin bu etirazı diqqət çəkməyə bilməzdi.

Bu ayın əvvəlində sözügedən kiçik icmada xəbər yayılıb ki, Al Maad Al Islami məscidi ştatın Doravil ərazisində məscid tikmək və qəbiristanlıq salmaq məqsədilə 135 akrlıq (54,6 hektar) torpaq sahəsi alıb.

Amma qraflığın şurası sakinlərin etirazını nəzərə alaraq, ərazidə hər hansı tikintinin başlanmasına 5 günlük moratorium qoyub. Bazar ertəsi isə yüzlərlə sakin qraflıqdakı iclasa toplaşaraq məsələyə münasibətlərini bildiriblər. Onlar tikiləcək məscidi “potensial terrorizm təlimi məkanı” adlandırıblar.

Buna da bax: Eyfel hündürlüyündə minarə tikilir

“HARADAN BİLƏK Kİ...”

Bir qadın jurnalistə belə deyib: "Mən bir çox səbəblərə görə məscidin tikilməsinə qarşıyam. ...Haradan bilək ki, bu, İŞİD (İslam Dövləti silahlı qruplaşması - red.) düşərgəsi deyil? Bu ölkədə onlardan çoxdur. ...Onların təmsil etdiyi hər şeyə qarşıyam. Çünki mən Tanrıya və Müqəddəs İncilə inanıram".

Jurnalistlər qızğın müzakirə zamanı bəzi emosional səhnələrin şahidi olublar.

Xəbər reportajlarında deyilir ki, insanlar terrorizmdən başqa, tikinti icazələrinin qaydasında olmaması və tikiləcək məscidin nəqliyyata təsirinədək bir çox məsələdən əndişələndiklərini ortaya qoyublar.

Buna da bax: İşadamı burkini geyinənlərin cərimələrini ödəyir

MÜSƏLMANLAR DA BİRLƏŞİB

Amerika-İslam Münasibətləri Şurası (CAIR), Amerika Vətəndaş Azadlıqları Birliyi və digər qurumlar qüvvələrini birləşdirərək icmada bəzi insanların səsləndirdiyi antimüsəlman ritorikasına etiraz ediblər. Sözügedən təşkilatlar ölkənin Ədliyyə Departamentini qraflıqdakı dini ayrıseçkilik halını araşdırmağa çağırıb.

Məscidin tikilməsinə qarşı çıxan sakinlərin yaratdığı “Facebook” səhifəsində də antimüsəlman ritorikasını görmək olar.

“Twitter”də həm müsəlman icmasından qorxanlar, həm də bu etirazı dini ayrıseçkilik hesab edənlər öz fikirlərini ifadə ediblər.

Buna da bax: Şəmkirdə məscidi sökdülər

Şəmkirdə məscidi sökdülər
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

XS
SM
MD
LG