Bu ilin iyul ayında Azərbaycan vətəndaşları Türkiyədə 39 ev, mənzil alıb.
Türkiyə Statistika Qurumunun verdiyi məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 29 mənzil və ya 42,2% azdır. Belə ki, 2015-ci ilin iyul ayında azərbaycanlılar bu ölkədə 68 mənzilə və ya evə sahib olub.
Bu ilin yanvar-iyul ayları ərzində isə Azərbaycan vətəndaşları Türkiyədə ümumilikdə 375 ev və mənzil alıb. Bu, ötən ilin 7 ayı ilə müqayisədə 83 ev və ya 18,12% azdır.
Azərbaycan vətəndaşları Türkiyədə ən çox daşınmaz əmlak alanlar siyahısında 8-ci yerdədir.
Ümumilikdə, bu ilin iyul ayında xarici vətəndaşlar Türkiyədə 1 051 evə və mənzilə sahib olub. Bu, 2015-ci ilin iyul ayına nisbətdə 998 əmlak və ya 48,7% azdır. Bu ilin 7 ayında isə xarici ölkə vətəndaşları Türkiyədə 10 535 ev və mənzil alıb. Bu, ötən ilin 7 ayı ilə müqayisədə 1 940 ev və ya 15,5% azdır.