Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 21:51

Daha bir 'evə qaçqın girdi' presedenti haqqında


Karikatura (rəssam Şerif)
Karikatura (rəssam Şerif)

Akifə Əhədovanın həyat yoldaşı Oqtay Əhədov hərbçi imiş. 20 il əvvəl vəzifəsini icra edərkən həlak olub. Bundan əvvəl – hələ 1992-ci ildə Müdafiə Nazirliyinin təşəbbüsü ilə hərbçiyə yaxşı xidmətə görə Səbayel rayonu ərazisində mənzil verilib. 24 il keçməsinə baxmayaraq, hərbçinin ailəsi bu mənzilin dadını bircə gün də çıxara bilməyib:

“HALAL ƏMLAKIMIZA YAXIN DÜŞƏ BİLMİRİK”

“Səbayel rayonu, 1128-ci keçid, ev 21, mənzil 71 – 24 il əvvəl bu mənzil həyat yoldaşıma dövlət tərəfindən verilib. Təmir edib içərisinə yığışmamış bir də xəbər tutduq ki, Laçın köçkünü olan bir ailə qapını sındırıb girib. Mənzilin sahibi olan həyat yoldaşım da dünyadan çoxdan köçüb, övladlarım böyüyüb, ancaq halal əmlakımıza hələ də yaxın düşə bilmirik”.

Buna da bax: İlham Əliyev «atasından qalma mirasın girovudur»

Oqtay Əhədovun vəfatından sonra ailəsi köçkünlərin mənzildən çıxarılması ilə bağlı məhkəməyə müraciət edib. 1999-cu il martın 25-də Səbayel rayon Məhkəməsi Akifə Əhədovanın mənzili zəbt etmiş Xanlar Mirzəyevə və ailə üzvlərinə qarşı mənzildən çıxarılma iddiasını təmin edib. Qətnamədən 4 gün sonra – martın 29-da isə qərardad çıxıb: “... Qətnamənin icrası Laçın rayonu işğaldan azad edilənədək təxirə salınır”.

“Laçın köçkünü olan ailə qapını sındırıb evə girdi”

Xanlar Mirzəyev məhkəmədə bildirib ki, mənzili sahibinə qaytarmağa hazırdır, ancaq başqa yerdə mənzillə təmin olunduqdan sonra...

PRESEDENT VAR

Hüquqşünas Namizəd Səfərov Akifə Əhədovanın yenidən məhkəməyə müraciət etməsini məqbul sayır:

Buna da bax: «O qədər rüşvət istədilər, müflis oldum»

“Əvvəllər dövlət bu məsələni belə həll eləmişdi ki, qaçqınlar, köçkünlər öz doğma torpaqlarına qaytarılana qədər tutduqları torpaqlardan, evlərdən, qeyri-yaşayış sahələrindən çıxarıla bilməzlər. Yəni, qaçqınların, məcburi köçkünlərin tutduqları mənzildən çıxarılması məsələsi əvvəllər məhkəmələr tərəfindən birmənalı şəkildə rədd olunurdu. 1998-ci ildə prezident Heydər Əliyevin bununla bağlı fərmanı da vardı. Ancaq təqribən 7 il olar ki, Avropa Məhkəməsinin bu işə müdaxiləsindən sonra məhkəmələr artıq vətəndaşın tutulmuş mənzilindən məcburi köçkünlərin və qaçqınların çıxarılması məsələsini mülkiyyətçinin xeyrinə həll edir. Akifə xanım Heydər Əliyevin fərmanı qüvvədə olan vaxtlarda məhkəməyə müraciət etdiyindən Qətnamə o şəkildə çıxıb. Son illərdə məcburi köçkünlərin şəxsi mülkiyyətlərdən çıxarılması və əmlakın mülkiyyətçiyə qaytarılması ilə bağlı çoxsaylı Qətnamələr var. Akifə xanım həmin Qətnamələrdən presedent hüququ kimi istifadə edərək təkrar məhkəməyə müraciət edə bilər”.

Buna da bax: Qayalıqda yaşayanlar...

Hüquqşünas hesab edir ki, köçkünlərin tutduqları mənzildən çıxarılmasına dair məhkəmə qətnaməsində onların başqa yerdə yerləşdirilməsi də əksini tapmalıdır. Son illərdə çıxarılan Qətnamələrin əksəriyyətində hakimlər köçkünün çıxarıldığı yerdən başqa yaşayış yerinə yerləşdirilməsi ilə bağlı müvafiq qurumların üzərinə öhdəlik qoymağı “unudurlar”.

XS
SM
MD
LG