Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:55

Prezident: 'Xarici sərmayədarlar üçün yaxşı şərait yaratmışıq'


İlham Əliyev açılışda
İlham Əliyev açılışda

«Biz bütün öhdəlikləri yerinə yetiririk, xarici sərmayədarlar üçün yaxşı şərait yaratmışıq. Onların sərmayələri qanun çərçivəsində qorunur. Əgər bu, olmasaydı, heç kim Azərbaycana milyardlarla, on milyardlarla dollar sərmayə qoymazdı. Sərmayə qoyuluşu üçün Azərbaycan çox cəlbedici ölkədir».

President.az saytının xəbərinə görə, bunu sentyabrın 1-də prezident İlham Əliyev Bakı Dərin Özüllər Zavodunda «Şahdəniz-2» layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınmasından sonra kollektiv ilə görüşdə söyləyib.

«Bu gün artıq Azərbaycan böyük qaz dövlətlərinin sıralarına daxil olur. Hasilat, nəqliyyat artacaq, Azərbaycan gələcəkdə tranzit funksiyalarını da oynaya bilər. Necə ki, biz indi neftin, neft məhsullarının daşınması üçün bu rolu oynayırıq. Beləliklə, ölkəmizin qüdrəti, əhəmiyyəti artacaq, Azərbaycan xalqı daha da yaxşı yaşayacaq. Görülən bütün bu işlərin məqsədi budur - Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın, ölkəmizin iqtisadi müstəqilliyi daha da möhkəmlənsin və dünyada rolumuz, əhəmiyyətimiz artsın».

İ.Əliyev vurğulayıb ki, bugünkü mərasim çox rəmzi xarakter daşıyır: «Bu, görülən işlərin bariz nümunəsidir. Azərbaycan vətəndaşları bu böyük, nəhəng işləri xarici tərəfdaşları, xarici sərmayədarlar ilə birlikdə görürlər. Hər bir vətənpərvər Azərbaycan vətəndaşı bununla fəxr edir. Fürsətdən istifadə edərək, bu işlərdə iştirak etmiş bütün insanlara - Azərbaycan fəhlələrinə, mütəxəssislərinə, xarici tərəfdaşlara, BP şirkətinə və digər partnyorlara minnətdarlığımı bildirmək istəyirəm».

«Şahdəniz» yatağının işlənməsi üzrə saziş 1996-cı il iyunun 4-də bağlanılıb.

Səhmdarlar BP (28,8 faiz), TPAO (19 faiz), «Petronas» (15.5 faiz), SOCAR (10 faiz), «LUKoil» (10 faiz), NICO (10 faiz) və SGC (6.7 faiz) şirkətidir.

«Şahdəniz Mərhələ 2» Azərbaycan qazını Avropaya çatdıracaq nəhəng bir layihədir. Bu, yeni Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchizatını artırmalıdır. «Şahdəniz Mərhələ 1» layihəsində hazırda ildə 9 milyard kubmetr qaz hasil olunduğu bildirilir.

«Şahdəniz Mərhələ 2» layihəsində ümumilikdə illik 16 milyard kubmetr qazın hasil ediləcəyi gözlənilir. Quruda tikinti meydançalarında və Terminalda həyata keçirilən işlərin böyük hissəsinin 2017-ci ilin sonunadək yekunlaşacağı bildirilir.

XS
SM
MD
LG