Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 20:46

Referendum təşviqat kampaniyası başladı


Referendum-2009
Referendum-2009

Sentyabrın 3-dən etibarən Konstitusiyaya düzəlişlər üzrə referendumun təşviqat kampaniyası start götürüb.

Seçki Məcəlləsinə əsasən, təşviqatın aparılmasına cəmi 22 gün verilir. Təşviqat sentyabrın 25-də saat 8:00-da – səsvermədən bir gün əvvəl başa çatacaq.

Kampaniyada rəsmi olaraq MSK tərəfindən qeydiyyata alınmış üç hökumətyönlü təşviqat qrupu fəaliyyət göstərir.

REAL hərəkatı icraçı katib Natiq Cəfərlinin həbsindən, bir neçə fəalın saxlanmasından sonra təşviqat kampaniyasından geri çəkilib.

Müsavat Partiyasının təşviqat qrupu yetərli imza toplanmaması səbəbi ilə qeydə alınmayıb.

Referendum əleyhinə olan digər müxalifət partiyası AXCP mitinqlər keçirəcəyini bəyan etdiyindən, təşviqat kampaniyasına əvvəldən qoşulmayıb.

29 bənddən ibarət düzəlişlər layihəsinin təşəbbüskarı Azərbaycan prezidenti İlham Əliyevdir. Düzəlişlər dövlət başçısının səlahiyyət müddətinin 5 ildən 7 ilədək artırılmasını nəzərdə tutur, ona parlamenti buraxmaq, vitse-prezidentlər vəzifəsini təsis etmək və s. hüquqlar verir.

Müxalifət bu təklifləri hüquqi müstəvidə avtoritar rejimə keçmək cəhdi kimi qiymətləndirir.

XS
SM
MD
LG