Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:49

Karserə salınmış partiya liderindən xəbər yoxdur


Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov
Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov

Cəza çəkdiyi Qobustan həbsxanasında karserə salınan Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovla vəkilinin görüşməsinə icazə verməyiblər.

Bu haqda partiya rəhbərinin vəkili Yalçın İmanov bildirib.

Vəkilin deməsinə görə, sentyabrın 5-də Qobustan həbsxanasında olub. M. Səmədovla görüşmək istəsə də, bu, baş tutmayıb.

Buna da bax:​ Mövsüm Səmədov qapalı rejimli həbsxanaya köçürülür

«Nəzarətçi bildirdi ki, M. Səmədov vəkillə görüşmək istəmir», deyən vəkil buna inanmadığını ifadə edib.

O, deyib ki, 1 ilə yaxın müddətdə M. Səmədovu müdafiə edib. Partiya sədri indiyədək ona heç bir irad bildirməyib.

Vəkilin deməsinə görə, M. Səmədov ötən həftə sentyabrın 26-na təyin olunmuş referendum əleyhinə aclıq aksiyasına başlayıb. Vəkili aksiya keçirən partiya sədrinin səhhətində problemlər yarandığını, görüşə də elə buna görə icazə verilmədiyini güman edir.

«Aclıq aksiyasına başladıqdan sonra onu karserə salıblar. Güman ki, buna görə onun səhhəti pisləşib. 8 günlük aclığın ardınca karserə salınması səhhətini ağırlaşdıra bilər», vəkil bildirib.

Buna da bax:​ Azərbaycan prezidenti olmaq istəyənlər

Penitensiar Xidmət M. Səmədovun durumunu, habelə onun vəkili ilə görüşə bilməməsini şərh etməyib.

Mövsüm Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və başqa ittihamlarla həbs olunub. O, 12 il həbs cəzası alıb. Hazırda onun şikayətini Avropa İnsan Hüquqları Məhkəməsi araşdırır.

Sentyabrın 26-da ölkə konstitusiyasına dəyişikliklərlə bağlı referendum keçiriləcək.

Buna da bax: Referendumun nəticələri oktyabrın 21-dək açıqlanacaq

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

XS
SM
MD
LG