Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:14

Putin qızları və Rusiyanın gələcək prezidenti barədə danışır


Arxiv fotosu: Prezident Vladimir Putin Serbiyada həmkarı ilə görüşdə onun çıxışına reaksiya verir. 16 oktyabr 2014
Arxiv fotosu: Prezident Vladimir Putin Serbiyada həmkarı ilə görüşdə onun çıxışına reaksiya verir. 16 oktyabr 2014

Rusiya prezidenti Vladimir Putin "Bloomberg" agentliyinə verdiyi müsahibədə öz qızlarından, 2018-ci ildə keçiriləcək prezident seçkilərindən və Baltik ölkələrinə təhdiddən danışıb.

Vladimir Putin deyib ki, " bu seçkildə iştirak edib-etməyəcəyini hələ bilmir". O həmçinin bildirib ki, ölkənin gələcək prezidentini "gənc, amma yetkin" adam kimi görür.

Arxiv fotosu: Prezident Vladimir Putin, keçmiş xanımı Ludmila (sağda) və qızı Maria (soldan ikinci) 2 dekabr 2007
Arxiv fotosu: Prezident Vladimir Putin, keçmiş xanımı Ludmila (sağda) və qızı Maria (soldan ikinci) 2 dekabr 2007

Prezident "qızlarınızın da siyasətdə olmasını istərdinizmi?" sualına belə cavab verib:

"Onların yerinə nəsə istəməyə haqqım olduğunu düşünmürəm. Onlar gənc, amma yenə də sərbəst adamlardır və öz gələcəklərini də özləri müəyyənləşdirməlidirlər. Ümumiyyətlə, anladığım qədər, onlar artıq seçimlərini ediblər. Onlar elmlə, insanlara lazım olan bəzi başqa yaxşı fəaliyyət növləri ilə məşğul olurlar. Onlar özlərini lazımlı hiss edirlər, öz işlərindən həzz alırlar. Bu da məni çox sevindirir. Onlar seçdikləri işə çox məsuliyyətlə və vicdanla yanaşırlar."

"Hakimiyyətdə uzun müddət qalmaq üçün digər liderlərə hansı məsləhəti verə bilərsiniz?" sualına cavab olaraq prezident belə deyib: "Bilmirəm, burada hansı sirlərdən söhbət gedə bilər. Mənim sirrim yoxdur. Mən sadəcə həmişə insanların əhvalını, onların ehtiyaclarını, prioritetlərini hiss etməyə və ilk növbədə buna köklənməyə çalışıram".

Prezident "İndi Rusiyanı idarə etmək daha asandır, yoxsa çətin?" sualına cavab verərkən deyib ki, indi ölkəni idarə etmək daha çətindir: "Çünki nə qədər olmasa kənardan, xüsusən də Qərb tərəfdaşlarımızın tənqidləri nəticəsində bizdə daxili demokratiya prosesləri inkişaf edir.

Məsələn, bizdə bu seçkilərdə əvvəlki illərdkindən daha çox partiya iştirak edəcək. Bu da, sözsüz ki, seçki kampaniyalarının gedişinə və nəticələrinə təsir edəcək".

Putin lideri olduğu "Vahid Rusiya" partiyasının reytinqinin aşağı düşməsini Dövlət Dumasına seçkilər ərəfəsində müxtəlif siyasi partiyaların hakimiyyəti tənqid etməsi ilə əlaqələndirib:

"Onların hamısı hakimiyyəti tənid edir. Onlar daha yaxşı yolu göstərmirlər. Ya da elə şeylər danışırlar ki, hətta dayaz baxışlı insanlara da qeyri-real, yaxud tamamilə icraedilməzgörünür. Əvəzində onlar televizorun ekranında qəşəng görünürlər: onlar söyürlər, hakim partiyanın nümayəndələrini biabır edirlər".

Putin Rusiyanın "öz nüfuz dairəsini genişləndirmək" istəyi barədə məlumatı "sayıqlama" adlandırıb:

"Real siyasətlə məşğul olan, ağlı başında olan adamlar anlayırlar ki, Rusiyanın, məsələn, Baltik ölkələrinə təhdidləri barədə deyilənlər başdan-ayağa sayıqlamadır. Nədir, biz NATO ilə vuruşmağa hazırlaşırıq? NATO ölkələrində nə qədər adam yaşayır? Haradasa 600 milyon, eləmi? Rusiyada isə 146 milyon adam yaşayır. Bəli, biz ən böyk nüvə dövlətiyik. Ancaq, nə danışırsınız, siz doğrudan düşünürsünüz ki, biz nüvə silahından istifadə edib Baltikyanını tutmaq istəyirik? Bu nə sayıqlamadır?"

XS
SM
MD
LG