Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:16

Abrahamian istefa verib


Hovik Abrahamian
Hovik Abrahamian

-

Ermənistanın Baş naziri Hovik Abrahamian istefa verib. O, sentyabrın 8-də hökumətin iclasında deyib ki, “gələcək barədə düşünməli və yeni hökumət formalaşdırmalıyıq”.

Bir neçə həftə öncə Prezident Serzh Sarksian milli razılaşma hökuməti təklif edib. Son məlumatlarla bağlı Sarkisian-ın sözçüsü açıqlama verməyib.

Abrahamian iki il öncə baş nazir təyin olunub. Ötən il ölkə iqtisadiyyatı kəskin azalıb ki, bu da Rusiyada yardım və investisiyadan asılılığı azaldıb. Rusiyada yaşayan ermənilərin göndərdiyi pul vəsaiti hazırda ölkədə əsas gəlir mənbələrindən biridir.

Dağlıq Qarabağda zorakılıqların artması, eləcə də iyulda Yerevanda polis məntəqəsini silahlıların tutması hökumətin durumunu daha da çətinləşdirib.

Ermənistan mediasının yazdığına görə, Abrahamian-ın yerini milli qaz paylaşdırıcı şirkətin keçmiş rəhbəri, Yerevanın keçmiş meri Karen Karapetian tuta bilər.

XS
SM
MD
LG