Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:23

İcbari tibbi sığortaya əyalətdən başlanır


Daha bir sığorta vədi...
Gözlə

No media source currently available

0:00 0:03:50 0:00

Daha bir sığorta vədi...

Azərbaycanda icbari tibbi sığortanın (İTS) tətbiqinə Mingəçevir və Yevlaxdan başlanılacağı bildirilir. Pilot layihə bu ilin sonu-gələn ilin əvvəli start götürməlidir.

«Turan»ın xəbərinə görə, Nazirlər Kabineti yanında İTS üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev belə deyib.

Onun bildirməsinə görə, birinci yarımildə sığortanın bu növünün gələcək modelinin əsas xarakteristikası müəyyən edilib. Qanunvericiliyə dəyişikliklər hazırlanıb. Bundan sonra isə tibbi müəssisələrin yeniliyə hazırlıq prosesi başa çatdırılacaq.

Qurum direktorunun məlumatına görə, İTS çərçivəsində əhalinin aztəminatlı təbəqəsi, o cümlədən pensiyaçılara güzəştlər tətbiq ediləcək.

Azərbaycanda «İcbari tibbi sığorta haqqında» qanun 17 il əvvəl qəbul edilib. Ancaq indiyə kimi tətbiq edilməyib.

Azərbaycanda icbari tibbi sığortadan yalnız xarici şirkətlərdə çalışanlar istifadə edə bilirlər.

Prezident İlham Əliyev hələ 2007-ci il dekabrın 27-də Nazirlər Kabineti yanında Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı sərəncam verib. Dövlət başçısı bir də bundan 9 il sonra, bu il fevralın 15-də bu agentliyin əsasnaməsini təsdiq edib.

Azərbaycanda müstəqil ekspertlər əhalinin geniş şəkildə sığortalanacağına şübhə ilə yanaşırlar. Onlar deyir ki, hökumət ölkəyə böyük neft pulları gələrkən bu məsələni yaddan çıxarmışdı. İndi isə neftin qiyməti düşüb, ölkənin gəlirləri azalıb.

XS
SM
MD
LG