Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:29

Prezident qazın qiymətindən danışdı...


İlham Əliyev
İlham Əliyev

Sual doğdu: Qaz bahalaşacaq?

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 8-də Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin başa çatması münasibətlə keçirilən mərasimdə qazın qiymətindən danışaraq deyib:

«Bizdə qazın daxildəki qiyməti dünya qiyməti ilə müqayisədə təqribən 8-10 dəfə aşağıdır. Qonşu ölkələrlə, Cənubi Qafqazda yerləşən digər ölkələrlə müqayisədə 5 dəfə aşağıdır».

Ekspertlər prezidentin bu çıxışını qazın qiymətinin artırılacağına işarə kimi qiymətləndirirlər. Axı iyulun 14-də - elektrik enerjisi taariflərinin artırılmasından sonra qazın da bahalaşacağı söylənilirdi.

«Bizdə qazın daxildəki qiyməti dünya qiyməti ilə müqayisədə təqribən 8-10 dəfə aşağıdır...»

Mütəxəssislər qiymət artımının gələcəkdə iqtisadi və sosial fəsadlar doğuracağını düşünürlər.

Buna da bax:​ Azərbaycan neft-qazdan 121 milyard qazanıb

Qaz son dəfə 7 il öncə bahalaşmışdı

Qazın qiyməti son dəfə 2009-cu ildə iyununda 2,1 dəfə qaldırılmış, hər min kubmetr təbii qaz 47,2 manatdan deyil, artıq 100 manatdan satılmağa başlanmışdı. O vaxt Tarif Şurası təbii qazdan istifadədə israfçılığa son vermək, əhalini keyfiyyətli mavi yanacaqla təmin etmək etmək üçün qiymət artımına getdiyini bildirmişdi. Səbəblər sırasında mövcud qiymətin çəkilən xərcləri ödəməməsi də sadalanmışdı. Ekspertlər həmin səbəbləri əsassız saymış, bu zaman qiymət artımının sifarişçisi "Azəriqaz" İstehsalat Birliyinin şəffaf qurum olmadığını əsas gətirmişdilər. Bəlli olan odur ki, bu qurum hələ də dövlət büdcəsindən dəstək alır.

Qazın qiyməti son dəfə 2009-cu ildə iyununda 2,1 dəfə qaldırılmışdı...

2009-cu ildəki qiymət artımını dəstəkləyən hökumət nümayəndələri isə bahalaşmanın dünya bazarlarında qazın qiymətinin qalxmasından qaynaqlandığını söyləmişdilər. O məntiqlə indi dünya bazarında qaz ucuzlaşdığına görə, ölkədaxili tariflər aşağı salınmalıdır.

Buna da bax:​ SOCAR Gürcüstana qazı ucuz satacaq

«Dünya bazarlarında qazın qiyməti enib»

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, indiki sosial-iqtisadi şərtlər daxilində qazın qiymətinin artırılması məqsədəuyğun deyil: «İlk növbədə bunu qeyd etmək lazımdır ki, hazırda dünya bazarlarında qazın qiyməti 2014-cü illə müqayisədə təxminən 36 faiz enib. İkincisi, Azərbaycan qaz istehsal edən ölkədir. Hazırda əhalinin işlətdiyi qazın böyük hissəsini, hasilatın pay bölgüsü sazişinə uyğun olaraq, BP Azərbaycan hökumətinə əvəzsiz verir. Qiymətin artırılması, sadəcə, dövlətin gəlirlərini artırmaq məqsədini güdə bilər».

Hazırda dünya bazarlarında qazın qiyməti 2014-cü illə müqayisədə təxminən 36 faiz enib.

«Real vəziyyət qiymət artımını istisna edir»

Ekspertin sözlərinə görə, Azərbaycan kimi resurs asılılığı olan ölkələrdə buna bənzər qərarlar qəbul edilir: «Neft ucuzlaşdığından, azalan gəlirlərin digər mənbələr hesabına, o cümlədən kommunal tariflərin artırılması yolu ilə kompensasiya edilməsinə çalışılır. Ancaq nəzərə almaq lazımdır ki, indi əhalinin və biznesin gəlirləri günbəgün azalır, rifah səviyyəsi aşağı düşür. Eyni zamanda real sektorun, özəlliklə istehsalın genişləndirilməsinə ehtiyacın artdığı bir zamanda xərcləri çoxaldacaq addımların atılması məqsədəuyğun deyil».

Buna da bax:​ «Elə bir bədxərc sistem qurublar ki…»

R. Həsənovun fikrincə, qiymət artımı gələcəkdə iqtisadi və sosial fəsadlar vəd edir. Bununla belə, ekspert bahalaşmanı da mümkün sayır, çünki: «Real durum qiymət artımını istisna etsə də, qəbul ediləcək qərarları əvvəlcədən proqnozlaşdırmaq çətindir».

XS
SM
MD
LG