Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 17:08

Mirşahin Ağayev: 'Biz belə ədalətsiz qərar gözləmirdik'


Mirşahin Ağayev
Mirşahin Ağayev

"ANS ÇM" radiosunun 1 milyonluq iddiası təmin olunmadı

"ANS ÇM" radiosunun Milli Televiziya və Radio Şurasına qarşı 1 milyonluq təzminat iddiası təmin olunmayıb. Bu barədə sentyabrın 9-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Müseyib Bayramov qərar çıxarıb.

"ANS ÇM" iddiasında MTRŞ-nın lisenziyanın ləğvi barədə qərarının qanunsuz və etibarsız sayılmasını və 1 milyon manat təzminat tələb edirdi.

“SƏLAHİYYƏTİMİZ VAR”

Məhkəmə iclasında Teleradio Şurasının nümayəndəsi Nemət Cavadov bildirib ki, "Teleradio yayımı haqqında" qanuna əsasən, il ərzində 3 dəfə pozuntuya görə sanksiya tətbiq olunduqda lisenziyaya xitam verilə bilər.

Buna da bax:​ Mirşahin Ağayev: “İlham Əliyevdən xahiş edirik ki...”

"ANS ÇM"in nümayəndəsi Raqif Mustafayev isə deyir ki, iyunda qəbul olunmuş "Lisenziya və icazələr haqqında" qanuna görə, lisenziyaları verib-almaq səlahiyyəti İqtisadiyyat Nazirliyinə verilib. Bu baxımdan, Teleradio Şurasının "ANS ÇM"in lisenziyasına xitam vermək səlahiyyəti yoxdur. Teleradio Şurasının nümayəndəsi isə onunla razılaşmayıb.

«"Lisenziya və icazələr haqqında" qanunun qəbulu "Teleradio yayımı haqqında" qanunu qüvvədən salmayıb. Bu qanuna görə isə bizim belə səlahiyyətimiz var. Teleradio yayımı sahəsində lisenziya sırf müsabiqə əsasında verilir. Müsabiqəni keçirən orqan da Milli Televiziya və Radio Şurasıdı», – N.Cavadov bildirib.

Hakim qısa müşavirədən sonra vəsatətlərin təmin olunmadığını elan edib. Ardınca da iddianın rədd edilməsi barədə qərarı açıqlayıb.

“DAHA ƏDALƏTLİ QƏRAR GÖZLƏYİRDİM”

Daha sonra "ANS ÇM"in nümayəndələri iddia üzrə qərar qəbul olunana qədər müvəqqəti xarakterli müdafiə tədbiri kimi, radionun yayımının bərpa edilməsi, radio ilə reklam və sponsorluğa dair müqaviləsi olan "ANS Commerce" şirkətinin üçüncü şəxs qismində bu işə cəlb olunması barədə vəsatətlər qaldırıblar.

Buna da bax:​ Vahid Mustafayev: Düşmən deyilik

Hakim qısa müşavirədən sonra vəsatətlərin təmin olunmadığını elan edib. Ardınca da iddianın rədd edilməsi barədə qərarı açıqlayıb.

ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev qərardan apelyasiya şikayəti verəcəklərini bildirib.

"Biz belə ədalətsiz qərar gözləmirdik", - M.Ağayev əlavə edib.

MTRŞ ANS-in lisenziyasının ləğvi üçün müraciətini iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdindən sonra ANS-in efirində terrorizmə dəstək xarakterli materialların yayımlanmasıyla əsaslandırıb. Bildirilib ki, telekanalın ABŞ-dakı müxbiri ilahiyyatçı Fethullah Gülen-dən müsahibə alıb və həmin müsahibə xarici KİV-lər vasitəsilə anons olunub. Bununla əlaqədar Baş Prokurorluqdan Teleradio Şurasına məktub daxil olmuşdu. Məktubda qeyd olunurdu ki, ANS telekanalı terrorizmin təbliğinə yol verir, milli, dini ədavəti qızışdıran materiallar yayımlayır. Buna görə də ANS-in yayımının dayandırılması istənilirdi.

XS
SM
MD
LG