AXCP sədri Əli Kərimli meydana daxil olur
"Ədalətli dövlət, şəffaf cəmiyyət"
“Biz həmişə övladımıza nəsə qoyub getmək istəmişik. Amma ədalətsiz cəmiyyətdə ən gözəl miras ədalətli dövlət, şəffaf cəmiyyət qurmaqdır”.
Bunu Milli Şuranın mitinqini açan AXCP Gənclər Komitəsinin rəhbəri İlham Hüseyn deyib.
İlham Hüseyn ölkədəki sosial-siyasi problemlərin baş alıb getməsindən danışıb. Deyib ki, hökumətdəkilər bu problemləri görmək, çözmək əvəzinə, özlərinə sərvət toplayırlar, obyektlər yaradırlar: “Onlar bilmirlər ki, ən böyük obyekt əldə etmək bu ölkədə demokratiya qurmaq olardı. Biz əminik ki, demokrtaiyanın təşəkkül tapdığı cəmiyyətin qurulmasına lap az qalıb”.
"Basqılar var"
Milli Şuranın bu günkü mitinqində kütləviliyin qarşısını almaq üçün hökumət inzibati basqılardan istifadə edb.
Bunu jurnalistlərə AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirib.
O, mitinqdə iştirak etmək üçün paytaxta gəlmək istəyən müxalifətçilərə basqıların olduğunu deyib.
“Xalq Cəbhəsi Partiyasının Mingəçevir təşkilatı üzvlərinin Bakıuya gəlməsinə imkan verməyiblər. Aldığımız məlumata görə, onları Bakıya yol düşəndə saxlayıblar”, deyən N.Məmmədli başqa rayonlardan da analoji bilgilər aldıqlarını deyib.