Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:34

'Referendum ləğv edilsin': Milli Şuranın mitinqi- [Video, Foto]

“Monarxiyaya yox, talana son” bizim ümumi şüarımızdır.

Bizim yox dediyimiz başqa məsələlər də var. Büdcənin talan edilməsinə, dövlət ehtiyatlarının tükədliməsinə, neft pullarının oğurlanmasına yox deyirik. Bir tərəfdə səfalətə düçar etdikləri xalq var, digər tərəfdə Avropadakı muzeyləri təmir etdirən bir qrup harın var. Biz bu soyğunçuluğa, bu harınlığa yox deyirik”.

AXCP sədri Əli Kərimli əlavə edib ki, bərbad vəziyytdə olan təhsil, səhiyyə sisteminə yox deyilməlidir: “Biz dövlət orqanlarımızın xalqa xidmət etməsini istəyirik. Xəstəxanaya yaxınını aparan qorxu içindədir. Biz sağlamlıq vermək əvəzinə qatilə çevrilmiş səhiyyə sisteminə yox deyirik. Bu gün ölkəin təhsil sistemi təhsilsizliyə xidmət edir. Biz balalarımızı təhsilsiz qoyan təhsil sisteminə yox deyirik”.

Növbəti aksiya sentyabrın 17-i saat 15.00-a təyin edildi.

“Polis, prokurorluğu cəza aparatına çeviriblər.

Belə aparata, polis işgəncəsinə yox deyirik. Dünyanın hər yerində ədaləti məhkəmələrdə axtarırlar. Azərbaycan məhkəmələri isə adamları, pulu olanlara xidmət edir. Biz belə məhkəmə sisteminə yox deyirik. Şəhid ailələrinə, Qarabağ əlillərinə münasibət hamımıza bəllidir. Biz belə münasibətə yox deyirik”, Əli Kərimli bildirib.

O, vurğulayıb ki, ilk növbədə referenduma yox deyilməlidir.

“Konstistusiya üçüncü dəfədir ki, bir nəfər üçün - İlham Əliyev üçün dəyişdirilir. 2002-ci ildə Konstitusiyanı dəyişdirdilər ki, İlham Əliyevin hakimiyyətə gəlməsini asanlaşdırsınlar. 2009-cu ildə dəyişdirdilər ki, İlham Əliyevin istədiyi qədər seçilməsinə imkan yaratsınlar. İndi də ona görə dəyişmək istəyirlər ki, ailə sülaləsini bərqərar etsinlər. Biz Azərbaycanda sülalə hakimiyyətinin davamlı olmasına, anarxiyaya imkan verməyəcəyik”.

Əli Kərimli mitinq iştirakçılarına xitab edərək Milli Şuranın növbəti mitinqinin vaxtını da elan edib. Növbəti mitinq sentyabrın 17-nə, günorta saat 15:00-a təyin olunub.

"Referendum ləğv edilsin" - Qətnamə

Milli Şuranın Bakıdakı "Məhsul" stadionunda keçirilən mitinqinin qətnaməsi Əli Kərimlinin çıxışından sonra elan edilib.

Qətnamədə sentaybrın 26-na təyin edilən referendumun ləğv edilməsi, köklü siyasi-iqtisadi-sosial- hüquqi islahatların başlanması, bütün siyasi məhbusların qeyd-şərtsiz azad edilməsi, pensiyaların təcili artırılması istənilir.

Mitinq qurtarandan sonra gənclər rəqs edib, yallı gediblər.

Polis məlumat yaydı

Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın Bakıda təşkil etdiyi mitinqlə bağlı yaydığı məlumatda qeyd edir ki, aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Davamı

XS
SM
MD
LG