Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:46

Ankara Vaşinqtondan Gülenin həbsini istədi


Fethullah Gulen
Fethullah Gulen

Türkiyə hökuməti 15 iyul qiyam cəhdinin təşkilində ittiham olunan Fətullah Gülenin həbsiylə bağlı ABŞ-a rəsmi sorğu göndərib.
Türkiyənin ədliyyə nazirliyi sentyabrın 13-də Vaşinqtona müvafiq yazılı müraciət göndərib.

Hazırda ABŞ-ın Pensilvania ştatında yaşayan Fətullah Gülen ittihamı rədd edir.

Hakimiyyət onun verilməsini və Türkiyədə məhkəmə qarşısında dayanmasını istəyir.

Amma Vaşinqton bundan əvvəl bəyan edib ki, Ankara Gülenin çeviriliş cəhdində əli olması barədə əsaslı sübutlar göstərməlidir.

Türkiyə prezidenti Racep Tayyip Erdogan ötən ay Ankarada Birləşmiş Ştatların vitse-prezidenti Joe Bidenlə görüşdə deyib ki, iki ölkə arasındakı razılaşmaya əsasən bu cür şəxslər ən azı saxlanmalı və nəzarətə götürülməlidir.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə edilən qiyam cəhdi zamanı 270-dən çox adam ölüb.

Bundan sonra 100 mindən çox hərbçi, polis və mülki şəxs saxlanıb və ya işdən azad edilib.

Türkiyə hakimiyyəti onlarıFətullah Gülenin “Hizmet” hərəkatı ilə əlbir olmaqda günahlandırır.

Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları ölkədə aparılan kütləvi həbsləri pisləyib.

XS
SM
MD
LG