Türkmənistan konstitusiyanı dəyişərək prezident Gurbanguly Berdymukhammedov-un səlahiyyətini genişləndirib.
Ölkənin Ağsaqqallar Şurası və parlamenti sentyabrın 14-də dəyişiklikləri təsdiqləyib. Bununla da prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb, namizədlər üçün 70 yaş limiti götürülüb.
Berdymukhammedov qanunu dərhal imzalayıb.
Yaş limiti 59 yaşlı avtoritar liderin qarşısında duran yeganə hüquqi əngəl idi. Berdymukhammedov-un ikinci prezidentlik müddəti gələn il bitir.
O, 2006-cı ildən, sələfi Saparmurat Niyazov vəfat edəndən 5 milyonluq ölkəni idarə edir.
Türkmənistan dünyanın ən sərt idarə olunan ölkələri sırasındadır, beynəlxalq müşahidəçilər bu ölkədəki seçkiləri heç vaxt azad və ədalətli saymayıblar.