Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:15

Seçki bülletenləri komissiyalara paylanır


Referendum - 2009. Foto arxiv
Referendum - 2009. Foto arxiv

Sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar səsvermə bülletenlərinin komissiyalara paylanmasına başlanıb.

Bu haqda Mərkəzi Seçki Komissiyası (MSK) katibliyinin media və ictimai əlaqələr şöbəsindən APA-ya bildiriblər.

Məlumatda qeyd edilir ki, sentyabrın 14-də bülletenlər ümumxalq səsverməsinin keçiriləcəyi bütün seçki komissiyalarının sədrlərinə təhvil verilib. Bülletenlərin daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanması prosesinin mühafizəsini Daxil İşlər Nazirliyinin müvafiq qurumları həyata keçirəcək.

Referendumla əlaqədar səsvermə bülletenlərinin çapına avqustun 8-dən etibarən başlanmışdı. MSK-nın qərarı ilə 5 milyon 280 min 924 ədəd bülletenin çap olunduğu bildirilir.

Konstitusiyaya dəyişiklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

XS
SM
MD
LG