Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 17:19

QMİ: 'Siyasi müxalifətin dövlətçiliyə qarşı dini çağırışları qanunaziddir...'


Allahşükür Paşazadə və İlham Əliyev
Allahşükür Paşazadə və İlham Əliyev

QMİ: «Dindarlar referendumda fəal iştirak edəcəklər»

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) referendum əleyhinə keçirilən aksiyada dindarların iştirakı ilə bağlı bəyanat verib.

AZƏRTAC-ın xəbərinə görə, bəyanatda qeyd edilir ki, referendum öncəsi bəzi siyasi qüvvələr ölkə Konstitusiyasına, «Siyasi partiyalar haqqında» və «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunlara zidd fəaliyyət göstərirlər. Bəyanatda aksiyalara din xadimlərini cəlb etmək, dini şüarlar səsləndirmək dövlətçiliyə qarşı təxribat kimi qiymətləndirilir.

"Dindarların haqlı etirazlarını nəzərə alaraq bildiririk ki, dindən xüsusi maraqlar üçün siyasi alət kimi istifadə olunmasını, siyasi müxalifət təmsilçilərinin dövlətçiliyə qarşı dini zəmində çağırışlar etməsini qanunazidd, cinayət əməli hesab edirik.

Buna da bax:​ 'Müsəlman Birliyi' Hərəkatının üzvünə "yox" deyildi

"Dindən xüsusi maraqlar üçün siyasi alət kimi istifadə olunmasını, siyasi müxalifət təmsilçilərinin dövlətçiliyə qarşı dini zəmində çağırışlar etməsini qanunazidd, cinayət əməli hesab edirik".

«Dini etiqad azadlığı haqqında» Qanunda təsbit olunub ki, dini qurumlar siyasi partiyaların fəaliyyətində iştirak etmir. Bu müddəaya müvafiq olaraq, Qafqaz Müsəlmanları İdarəsinin tabeçiliyində olan din xadimləri və onu təmsil edən şəxslər heç bir siyasi partiyanın üzvü ola bilməzlər. Heç bir siyasi quruma qoşula, onun fəaliyyətində iştirak edə bilməzlər»" - deyə bəyanatda qeyd edilir.

QMİ bildirir ki, onları təmsil edən din xadimləri qeyd edilən xarakterli siyasi tədbir və kütləvi aksiyalarda iştirak edərlərsə, bu, qanun pozuntusu sayılacaq. Onların haqqında qanunvericiliklə, idarənin nizamnaməsinə müvafiq şəkildə məsuliyyət tədbirləri görüləcək.

Buna da bax: Parlament partiyaları Konstitusiya düzəlişlərinə 'hə' deyir

"Din xadimləri və dindarlar vətəndaş olaraq öz səsvermə hüquqlarından istifadə edərək sentyabrın 26-da keçiriləcək referendumda fəal iştirak edəcəklər"

«Din xadimləri, dindarlar hüquqi, demokratik, dünyəvi dövlət olan Azərbaycan Respublikasının vətəndaşları kimi qanunun aliliyini qəbul edir. İctimai-siyasi sabitliyi, davamlı sosial-iqtisadi tərəqqini və bunun təminatçısı olan dövlət başçımızı dəstəkləyirlər. Din xadimləri və dindarlar vətəndaş olaraq öz səsvermə hüquqlarından istifadə edərək sentyabrın 26-da keçiriləcək referendumda fəal iştirak edəcəklər». - deyə bəyanatda vurğulanır.

Demokratik Qüvvələrin Milli Şurasının konstitusiyaya dəyişiklik əleyhinə sentyabrın 11-də keçirilən aksiyasında dindar kəsimdən də olan insanlar iştirak edib.

Milli Şurada hesab edirlər ki, əgər həmin insanlar, hakimiyyəti dəstəkləyən mövqe sərgiləsəydilər dövlət televiziyasında onlar təbliğ olunardılar.

XS
SM
MD
LG