Azərbaycan polisi referendumla əlaqədar sentyabrın 24-dən gücləndirilmiş iş rejiminə keçəcək.
«Report»un xəbərinə görə, bununla bağlı daxili işlər naziri Ramil Usubov əmr imzalayıb.
Xəbərdə qeyd edilir ki, əmrlə ölkə polisi sentyabrın 24-dən 29-dək gücləndirilmiş iş rejimində işləyəcək.
Sentyabrın 26-da Konstitusiyanın 25-dən çox maddəsinə dəyişikliklər səsverməyə çıxarılacaq. Eyni zamanda ona bir neçə yeni maddə təklif olunur.
Buna da bax-Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)
Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.