Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:55

DİN: Özünü yandıranın 43 min cəriməsi var (VİDEO)


Özünün yandıran Qarabağ əlilinin görüntüləri
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

Özünün yandıran əlilin görüntüləri

Dostu: «Cəmil Məmmədov qıçını kəşfiyyatda itirib»

«Cəmil Məmmədov II qrup müharibə əlilidir, bunu hamı bilir».
Bunu özünü yandıran Cəmil Məmmədovun dostu, həm də onunla bir məhəllədə yaşayan Anar Ağakişiyev söyləyib.

Dostunun deməsinə görə, Cəmil Məmmədov hərbi xidmətdən evə buraxılmağına az qalmış kəşfiyyata gedib və minaya düşərək ayağını itirib: «Yəni, demək istəyirəm ki, bu, danılmaz faktdır. Həm də sürdüyü «Naz-Lifan» avtomobili də ona məhz əlilliyinə görə verilib».

Dostu qeyd edib ki, Cəmil Məmmədovun maşını radara düşüb: «Cəmil də bu adamlara xəbərdarlıq edib ki, maşınımı verin aparım, yoxsa özümə xəsarət yetirəcəyəm. Görünür, polislər onun sözünü ciddiyə almayıblar. O, da benzin tökərək özünü yandırıb. İndi ailəsi, qohum-əqrəbası Cəmilin özünü yandırdığı yerdədirlər».

DİN Cəmil Məmmədovun Qarabağ əlili olmadığını deyir

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov özünü yandıran Cəmil Məmmədovun Qarabağ əlili olmadığını deyib. O, bununla bağlı «Qafqazinfo» saytına bunları bildirib:

«Cəmil Məmmədov 1994-cü il təvəllüdlüdür. Perekəşkül qəsəbəsinin sakinidir. Həmin şəxs idarə etdiyi «NazLifan» markalı maşınla rəsmən avtoxuliqanlıqla məşğuldur. Bu günə qədər avtomobili bütün qanunları pozaraq idarə edib. Cəmil Məmmədovun hazırda qanun pozuntularına görə tərtib olunmuş protokollar üzrə 43 min manat cəriməsi var. Onun barəsində 463 elektron protokol tərtib olunub. İdarə etdiyi avtomobildə isə görüntüləri məhdudlaşdırıb»

DİN rəsmisi qeyd edib ki, C.Məmmədovu yol polisi oktyabrın 4-də saxlayıb və avtomobili duracağa aparılıb: «Hadisəni isə iki gün sonra törədib».

+++

«Cəmil Məmmədov hələ də reanimasiyadadır».

Bunu 5 aylı xəstəxananın yanıq şöbəsinin tibb bacısı bildirib.

O, xəstənin durumu barədə hər hansı informasiyaya malik olmadığını deyib: «Saat 14-dən sonra əlaqə saxlayın, yəqin ki, həkimlər müayinədən sonra müəyyən nəticələri açıqlaya bilərlər».

+++

Oktyabrın 6-da Sumqayıt sakini II qrup əlil Cəmil Məmmədov polis idarəsinin qarşısında özünü yandırıb.

Anası Səlimə Məmmədova deyir ki, oğlunun maşınını cərimə meydançasına aparılıb. Bundan sonra cərimələrinin silinməsi üçün ondan yüksək məbləğdə rüşvət istənilib:

"Pul istəyiblər. Oğlum verə bilməyəcəyini deyəndən sonra təhqir ediblər. Özünü yandıranda heç kim köməyə gəlməyib".

Yaralı 5 saylı şəhər xəstəxanasının yanıq şöbəsində müalicə alır. Həkimlər onun barəsində danışmaq istəmədilər.

***Buna da bax: Sosial yardım tələb edən Astara sakini özünü yandırdı

Cəmil Məmmədov 2014-cü ildə - hərbi xidməti bitirməsinə 1 həftə qalmış Ermənistanla Azərbaycanın təmas xəttində gedən döyüşlər zamanı sağ ayağını itirib. Ordudan tərxis edildikdən sonra dövlət tərəfindən ona avtomobil verilib. Anasının dediyinə görə onun başında da zədələnmə var..

***Buna da bax: Qarabağ əlili özünü yandırmaq istəməsinin səbəbindən danışdı

Bu hadisə və yaralının anasının ittihamları ilə bağlı hələlik Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Sentyabrın 22-də də 1-ci qrup Qarabağ əlili Məğrur Bədəlsoy da özünü Prezident Administrasiyası qarşısında yandırmışdı. O, evinin sökülməsinə etiraz olaraq özünü intihara cəhd etdiyini bildirirdi.

XS
SM
MD
LG