Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:28

Ötənilkindən 70% çox – 38,8 min ton pambıq yığılıb


Saatlı, pambıq tarlasında. 09okt2016
Saatlı, pambıq tarlasında. 09okt2016

Oktyabrın 17-nə Azərbaycanda 38 min 893 ton pambıq yığılıb. Bu, 2015-ci ilin eyni dövründəkindən 16,1 min ton və ya 70 faiz çoxdur.

Bu haqda Dövlət Statistika Komitəsindən bildiriblər.

Buna da bax:​ Nazirlik: 'Sovet dövrü deyil ki... onları məcbur edən yoxdur, özləri gedirlər'

ABŞ istehsalı pambıqyığan kombaynlar gətirilir

“Ayın 15-dən başlayan yağışlı hava ilə bağlı pambıq yığımı yavaşıyıb. ABŞ istehsalı pambıqyığan kombaynlar tarlaya çıxandan sonra məhsul yığımının artacağı gözlənilir. Bu ölkədən kombaynların daxil olması başlayıb” , deyə Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.

Buna da bax:​ Zərdabda pambıq yığmayan işsiz qalacaq

Bu il 52 min 57 ha sahədə pambıq əkilib. Bu, 2015-ci ilin eyni dövründəkindən 33 min 373 ha çoxdur. Ötən il 35,2 min ton pambıq yığılıb. Bu, 2014-cü ildəkindən 5,8 min ton azdır.

Hökumət 100 min ton pambıq yığılacağını gözləyir. Amma hər şey hava şəraitindən asılıdır.

Son günlər müəllimlərin, həkimlərin, mədəniyyət işçilərinin və ASAN Xidmətdə çalışanların pambıq yığımına cəlb edildiyi bildirilirdi. Hüquqşünaslar bunu qanun pozuntusu sayırlar.

XS
SM
MD
LG