Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:50

Müxalifət liderləri nə ilə dolanır? [kiçik araşdırma]


Müxalifətin aksiyası
Müxalifətin aksiyası

“Türkiyədə müxalifətçilik eləməyə nə var, hakimiyyət məsuliyyəti daşımır, tənqid edir, üstəlik də yaxşı yaşayır”.

Bunu keçmiş millət vəkili, Vətəndaşlıq Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyir.

Əgər sizdən gəlir deklarasiyası istəsəydilər, orda nəyi göstərərdiz? Partiya sədrləri və müxalifət liderləri arasında keçirdiyimiz sorğuda bu suallara cavab axtardıq. Sabir Rüstəmxanlı gəlir deklarasiyasında partiya sədri kimi aldığı maaşını və keçmiş deputat kimi ona ödənilən təqaüdü göstərərdi: “Bundan başqa, gəlirim yoxdur. Partiya sədri kimi də simvolik maaş alıram”. Onun simvolik maaş dediyi məbləğ 350 manatdır və Sabir Rüstəmxanlı əlavə edir ki, sadəcə, adı maaş cədvəlində getsin deyə, bu əmək haqqını alır.

Buna da bax:​ 10 ildir Azərbaycan məmurundan gəlir bəyannaməsi almaq mümkün olmur

“Yaxşı yaşayırsan, həm də tənqid edirsən”

“Başqa inkişaf etmiş ölkələrin müxalifət liderləri ilə Azərbaycandakı partiya sədrləri dolanışıq, imkanlar baxımdan heç müqayisəyə gəlməz. Qardaş Türkiyəni götürək, orda müxalifət partiyası, az qala, bir nazirlik kimidir, büdcədən yüksək səviyyədə maliyyələşir, təkcə mərkəzi aparatı yox, həm də regiondakı şöbələri də saxlaya bilirlər. Üstəlik, orda müxalifət liderlərinin torpaq sahələri, evləri, maşınları, biznesi var. Ora müxalifətçi olmaqdan gözəl nə var: məsuliyyətin yoxdur, yaxşı yaşaya bilirsən, üstəlik də tənqid edirsən”, Sabir Rüstəmxanlı gülərək əlavə edir.

Sabir Rüstəmxanlı: 'Türkiyəni götürək, orda müxalifət partiyası, az qala, bir nazirlik kimidir'
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00
Direct-ə keçid

Sabiq deputat deyir ki, parlamentdə təmsil olunmuş partiya kimi onlar dövlət büdcəsindən maliyyələşirlər və bunlar mərkəzi qərargahın zəruri xərclərini və işçilərin maaşlarını verməyə yetir: “Heç olmamasındansa, bu da yaxşıdır”.

Sabir Rüstəmxanlı vurğulayır ki, əgər bir gün siyasi partiya liderlərindən gəlir və əmlak deklarasiyası istənilsə, o, adına olan evi, maşınını, gəlirini göstərməyə hazırdır.

Buna da bax:​ Əliyevlər devalvasiyadan milyonlar qazandılar (Araşdırma)

“Keçmiş deputat kimi təqaüd alıram”

“Mənim gəlir deklarasiyamda göstərəcəyim bircə gəlir mənbəm var, o da təqaüdümdür”, Milli Şuranın sədri, ana müxalifətin son prezident seçkilərində namizədi olmuş Cəmil Həsənli belə deyir. O da keçmiş deputat kimi aylıq 2 min 310 manat pensiya alır: “Sabit gəlir mənbəyim haradı, onu da göstərərdim. Bir də hərdən məqaləm çıxanda ona da 5-10 manat qonorar verirlər”.

Cəmil Həsənli əlavə edir ki, adətən, bu qonorarlar da hansısa fondlara xərclənir.

“Evimi kirayəyə vermişəm”

Müsavat Partiyasının başqanı Arif Hacılının gəlir deklarasiyasında göstərəcəyi məbləğ o qədər çox deyil, gəlirin mənbəyi də maaşı yox, Zaqataladakı evidir: “Partiya sədri kimi maaş almıram, Zaqataladakı evimi kirayəyə vermişəm, bir də 1 ha torpaq sahəm var, ondan istifadə edirəm”.

Partiya son iki parlamentdə təmsil olunmadığından dövlətdən maliyyə almır, üzvlərdən də üzvlük haqqı yığılmır. Arif Hacılı deyir ki, həm o, həm də digər partiya funksionerləri daha çox ictimai əsaslarla çalışırlar:

– Dostlar, tanışlar bəzi maddi məsələlərin həllində bizə yardım göstərirlər.

– Arif bəy, yəqin ki, sizi də tez-tez toya dəvət edirlər...

– Bəli, adətən, üzvlərimizin məclislərinə qatılırıq.

– Bu dəvətlər büdcənizi silkələyirmi?

– Əslində, bizi dəvət edəndə təkidlə bildirirlər ki, maddi gözləntiləri yoxdur. Bilirlər ki, bu məsələ bizə çox çətindir. Bəzi hallarda da dostlar bunu əvəzimizdən həll edir.

Buna da bax:​ İlham Əliyev qanun qəbul edir, NK onu 15 ildən sonra icra edəcək

“Yoldaşım, oğlum işləyir, mən də...”

Azərbaycan Demokratlar Partiyasının sədri Sərdar Cəlaloğlu maddi cəhətdən ailəsindən asılıdır: “Yoldaşım, oğlum işləyir, mən də ictimai fəaliyyətlə məşğulam”.

Sərdar Cəlaloğlu: 'Nabranda bir gün istirahət adama 200 manata başa gəlirsə, necə istirahət edə bilərəm?'
Gözlə

No media source currently available

0:00 0:00:26 0:00
Direct-ə keçid

Partiya sədri gəlir deklarasiyasında gəlirini “0” rəqəmi ilə göstərəcəyini deyir. Adına isə yalnız maşın var. O hesab edir ki, Azərbaycanda müxalifət liderləri layiq olduqları həyatı yaşamırlar:

“Mən də istəyərdim ki, istirahətə gedəm, Nabranda bir gün istirahət adama 200 manata başa gəlirsə, necə istirahət edə bilərəm? Siyasətçiyəm, istəyirəm gedəm digər ölkələrə, ordakı siyasi konfranslara qatılam, əlaqələr yaradam. Amma buna maddi vəsait lazımdı”.

Sərdar Cəlaloğlu da partiyanın dövlət büdcəsindən maliyyələşmədiyini və buna görə də, içi özüqarışıq bütün işçilərin partiyada könüllü çalışdığını deyir.

XS
SM
MD
LG