Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:35

Devalvasiyalardan sonra hökumət artıq ÜDM-lə öyünmür


Teatr. Karikatura. Rəşid Şerif
Teatr. Karikatura. Rəşid Şerif

Manat devalvasiyaya uğramazdan öncə hökumət əsas makroiqtisadi göstərici olan Ümumi Daxili Məhsulun (ÜDM) ABŞ dolları ifadəsində də həcmini açıqlayardı. İndi vəziyyət başqadır və bu ənənəyə əməl olunmur.

Ekspertlər isə deyirlər ki, ÜDM-in azalmasının sadə vətəndaşların həyat səviyyəsinə birbaşa təsiri var.

Adambaşı ÜDM dollar ifadəsiylə 2 dəfə azalıb

Azərbaycanın ÜDM-nin həcminin pik həddi 2014-cü ildə qeydə alınıb. Dövlət Statistika Komitəsinin tərtib etdiyi Milli Hesablar Sisteminə görə, ÜDM-in həcmi onda 59 milyard manatı ötmüşdü.

Buna da bax:​ ÜDM 4,5 faiz azalıb

Həmin il 1 ABŞ dolları 0,7844 idi manat idi. Nəticədə, dollar ekvivalentində ÜDM 75,2 milyardla ifadə olunurdu.

Növbəti il iqtisadiyyat gerilədiyindən ÜDM də azaldı (54,3 milyard manat), dollar ifadəsində məbləği də 2010-cu ildə qeydə alınan səviyyəyə - 52,9 milyard dollara düşdü.

Son iki ildə adambaşına düşən ÜDM-in həcmi 4696 manat 30 qəpikdən (yanvar-sentyabr 2014-cü il) 4512 manat 50 qəpiyə enib. Manatla azalma elə də gözə çarpmasa da, ABŞ dolları ilə abambaşına düşən ÜDM 2881 dollar edir. Başqa sözlə, adambaşına ÜDM dollarla iki dəfə azalıb.

Buna da bax:​ ÜDM də azalır, vətəndaşların gəliri də...

Ekspert: “Ailənin gəlirləri 2 dəfə azalıbsa, burada ÜDM-in əli var”

ÜDM-in həcmi ölkədə iqtisadiyyatın real səviyyəsinin göstəricisidir. Bəs onun həcminin artımının və azalmasının vətəndaşa birbaşa təsiri varmı?

İqtisadçı Rövşən Ağayev ÜDM-lə həyat səviyyəsi arasında qarşılıqlı əlaqəni Azadlıq Radiosuna izah edib.

Onun fikrincə, son 2 ildə dollar ifadəsində adambaşına büdcə gəlirləri 2 dəfə azalıbsa, demək ki, ÜDM-in azalmasının da burada «payı» var.

Buna da bax:​ 'İslahatlar repressiv üsulla aparılacaqsa, vay bu ölkənin halına'

Bir cüt ayaqqabıdan başlayan ÜDM

Ekspert Amerika iqtisadçısı Qreqori Mənkyunun (Gregory Mankiw) «Makroiqtisadiyyat» kitabında keçmiş ABŞ prezidenti Con Kennedinin bununla bağlı fikirlərindən iqtibas gətirir. Kitabda deyilir ki, «ÜDM uşaqlarmızın sağlamlığını, təhsilin keyfiyyətini, intellektimizi ölçmür. Amma həyat səviyyəsini yüksəltmək üçün böyük imkanlar açır».

ÜDM nədir? İl ərzində yaranmış yeni dəyər. Bəs bu yaranan dəyər hara gedir? İqtisadçı Rövşən Ağayev bunu sadə və aydın dillə izah edir:

«Məsələn, sahibkar kimi bir cüt ayaqqabı istehsal etmisiniz və həmin ayaqqabını 100 manata satmısınız. Bu ayaqqabını tikmək üçün 50 manat xammala gedib: dəri, ayaqqabı bağı, altlıq və s. almısınız. ÜDM hesablananda həmin 50 manat çıxılır. Bax, yerdə qalan 50 manat yeni yaradılmış əlavə dəyər adlanır. Bu əlavə dəyər kimə çatır - sahibkar kimi sizə, onu tikən işçiyə (maaş) və dövlətə (vergilər)».

Buna da bax:​ ÜDM niyə azalıb?

Zərbə kasıba dəyir

Məntiqlə ayaqqabı istehsalçısının yaratdığı ÜDM (50 manat) azalıb. Deməli, bu məntiqlə sahibkarın mənfəəti, işçinin maaşı, dövlətin vergisi də azalmalıdır. Amma R. Ağayev Azərbaycan reallığını də təsvir edir:

“Dövlət vergisindən, sahibkar mənfəətindən mümkün qədər vaz keçməməyə çalışır, arada ən böyük zərbə muzdlu işçiyə dəyir”.

Ekspert düşünür ki, iqtisadiyyatdakı durum uzun müddət çəkərsə, dövlət və sahibkar da itirməkdə davam edəcək.

Buna da bax: Q.İbadoğlu: «İqtisadiyyatda tənəzzül başlayıb»

«Bu ÜDM nədirsə, ona görə Gürcüstana gedə bilməyəcəyəm»

Rəyi soruşulan adi vətəndaşlar ÜDM-də adambaşına paylarının azalması ilə çox da maraqlanmırlar. Amma gəlirlərinin ABŞ dollarına nisbətdə azaldığını hiss edirlər. Sumqayıtdan Bəhruz İsmixanov deyir ki, devalvasiyaya qədər maaşını dollara çevirəndə 410 dollar edirdisə, indi haradasa 200 dollar qazanır: «Əvvəlki illərdə pulun bir hissəsinə qənaət edib, ildə bir dəfə Gürcüstanda 3 gün istirahət edə bilirdim. İndiki maaşla ailəni saxlamaq müşkül məsələdir, nəinki dincəlmək haqda fikirləşmək. Bu ÜDM nədirsə, ona görə Gürcüstana gedə bilməyəcəyəm». Bəhruz İsimxanov ÜDM-də ona düşən «payın» azalmasını öz həyatında belə hiss edir.

XS
SM
MD
LG