Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:59

Polisə mərc oyunlarına qarışmaqla bağlı əlavə səlahiyyət verilir


Topaz mərc oyunu
Topaz mərc oyunu

Azərbaycanda idman mərc oyunlarının operatoru olan Topaz-dan başqa yerli, xarici virtual idman mərc oyunları satıcılarının internet portallarının və saytlarının ölkə ərazisində fəaliyyətinə imkan verilməyəcək.

Ölkə başçısı oktyabrın 25-də «“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» fərmanına bununla əlaqədar əlavələr edib.

Yeni imzalanmış fərmanda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan fəaliyyət göstərən virtual satıcıların fəaliyyətinin qarşısının alınmasından ötrü zəruri tədbirlər görməsi tapşırılıb.

Buna da bax:​ «Topaz» qumarxana yoxsa idman inkişafı?

Daxili işlər və vergilər nazirliklərinə isə tapşırılıb ki, akkreditasiya olunmadan idman mərc oyunlarını təşkil edən, keçirən şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görsünlər.

Polisə əlavə səlahiyyət verilir

Ölkə başçısının oktyabrın 25-də imzaladığı digər fərman da idman mərc oyunları ilə bağlıdır. Həmin fərmanla “Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” prezidentin 2000-ci il avqustun 25-də verdiyi fərmanına dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, daxili işlər (polis) orqanlarına qanunsuz olaraq lotereyaların, idman mərc oyunlarının təşkili və ya keçirilməsi ilə əlaqədar cinayət işləri üzrə ibtidai istintaq aparmaq səlahiyyəti verilib.

Buna da bax:​ Mərc oyunları qaydalarında dəyişiklik

İndiyə qədər qanunsuz lotereyaların, idman mərc oyunlarının təşkili və ya keçirilməsi ilə əlaqədar cinayət işləri üzrə ibtidai istintaqı yalnız Vergilər Nazirliyi aparırdı.

Azərbaycanda idman mərc oyunlarının operatoru Topaz-dır. Mərc oyunları tamamilə bu qurumun nəzarətindədir. Əksər idman ekspertləri mərc bazarının tamamilə bir əldə cəmlənməsini yolverilməz sayırlar.

İdman mərc oyunlarına və ümumilikdə Topaz-ın fəaliyyətinə ölkədə münasibət birmənalı deyil. Bəzi ekspertlər və deputatlar idman mərc oyunlarının qadağan olunmasını təklif edirlər.

XS
SM
MD
LG