Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:54

Xəstəxana və poliklinikalar 'publik hüquqi şəxs'ə çevrilir


Xəstəxana
Xəstəxana

Dövlət orqanlarının tabeliyində olan səhiyyə müəssisələri publik hüquqi şəxsə çevriləcək.

Nazirlər Kabineti oktyabrın 24-də belə müəssisələrin nizamnaməsinə dəyişikliyi nəzərdə tutan qərar qəbul edib.

Dövlət səhiyyə müəssisələri Vergilər Nazirliyində qeydiyyatdan sonra publik hüquqi şəxs statusu alacaq.

Dəyişikliyə əsasən, dövlətin adından səhiyyə müəssisələrinin nizamnaməsini Əmlak Məsələləri Dövlət Komitəsi təsdiq edəcək.

Qurumun mətbuat xidmətindən deyiblər ki, proses, hələ, başlamayıb.

Publik hüquqi şəxsə çevriləndən sonra səhiyyə müəssisələri üst təşkilatdan məhdud asılılıq əldə edəcək. Məsələn, yuxarı orqan onun öhdəliyinə məsuliyyət daşımayacaq. Onların xərcləri dövlət büdcəsi, könüllü və icbari sığorta, ianə ilə təmin edilir.

Azərbaycanda 559 xəstəxana, 1750 poliklinika, 137 qadın məsləhətxanası və 250 uşaq poliklinikası var.

Nə Dövlət Statistika Komitəsi, nə də Səhiyyə Nazirliyi onların mülkiyyət forması barədə məlumat verir.

XS
SM
MD
LG