Azərbaycanın “Qarabağ” klubu noyabrın 4-də səfərdə Yunanıstanın PAOK- komandası ilə qarşılaşmada 1:0 hesabı ilə qalib gəlib.
Qapılara tərəf vurulan zərbələrin sayına görə ev sahibləri irəlidə olsalar da, 69-cu dəqiqədə Mrcos Maderanın zərbəsi dəqiqi olub.
Avropa Liqası qrup mərhələsi çərçivəsində Bakıda keçirilən ilk oyunda “Qarabağ” rəqibi PAOK-u 2:0 hesabı ilə məğlub edib.
“Qarabağ” qalib gəlməklə J qrupunda mövqeyini yaxşılaşdırıb və hazırda ikinci yerdədir.
Qrupun digər oyununda isə “Fiorentina” “Slovan”ı öz meydançasında 3:0 hesabı ilə məğlub edib.
Azərbaycanın "Qəbələ" klubu isə Avropa Liqası qrup mərhələsinin IV turunda Bakıda Fransanın “Sent-Etyen”komandasına uduzub. Fransada keçirilən ilk oyunda “Qəbələ” rəqibinə 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, “Qəbələ” bunadək keçirdiyi hər üç oyunda məğlub olub.